Millimizin italiyalı məşqçisi: “Azərbaycanda futbol daim inkişaf edir“
Tarix: 20.02.2021 | Saat: 12:25:00 | Oxunub: 721 | E-mail | Çapa göndər
"Hazırda çox yaxşı işləyirik. Yığma ilə Millətlər Liqasında çıxışımızı başa vurduq. Bizi dünya çempionatının seçmə mərhələsində çətin oyunlar gözləyir. Uğur qazanmaq üçün komandadan ən yaxşısını almağa çalışacağıq".

Futbolmedia.az
xəbər verir ki, bu fikirləri futbol üzrə Azərbaycan millisinin məşqçisi Klaudio Beluççi "Cittaceleste" nəşrinə müsahibəsində deyib.

Baş məşqçi Canni De Byazinin köməkçisi olan 46 yaşlı mütəxəssis bildirib ki, məqsədləri həmişə inkişaf etməkdir: "DÇ-2022-nin seçmə mərhələsindəki qrupumuz çox çətindir. Əvvəl Portuqaliya, daha sonra isə Serbiya ilə oynayacağıq. Burada futbol daim inkişaf edir. "Qarabağ" Çempionlar Liqasının qrupunda "Roma" ilə oynayıb. Digər Avropa ölkələrinin səviyyəsinə çatmağa vaxt lazımdır. Amma uğur qazanmaq üçün böyük istək var. Canni De Byazidən çox məmnunam. Bir-birimizi dərhal başa düşürük. Ondan çox şey öyrənirəm. Özümü buradakı mühitə bağlamışam. İnanıram ki, uzun müddət burada qalacağam".

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində ilk görüşünü martın 24-də Portuqaliyaya qarşı keçirəcək. Martın 30-da Serbiyanı qəbul edəcək yığma 27-də Avstriyada Qətərlə üz-üzə gələcək. Qətər seçməsi 2022-ci ildə bu ölkədə keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə UEFA tərəfindən A qrupuna dəvət olunub.




 
Bölməyə aid digər xəbərlər
03.03.2021
“Zirə“ “Sumqayıt“a, “Neftçi“ “Sabah“a qarşı - Yenilənir
02.03.2021
“Turan Tovuz“un “Neftçi“ ilə oyununun vaxtı məlum oldu
02.03.2021
Araz Abdullayev oynadı, komandası qalib gəldi - Türkiyə birinci liqası
28.02.2021
Milimizin üzvü Paşayev bu tur meydana çıxmadı - Ukrayna Premyer Liqası
26.02.2021
Canluici Buffon rəqiblərini qabaqladı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info