Qurban Qurbanov: “Hərəkətindən çox narazı qaldım“
Tarix: 19.02.2021 | Saat: 20:21:00 | Oxunub: 813 | E-mail | Çapa göndər
"Bu gün sadəcə qol çatmadı. Futbolçularımdan çox razı qaldım. Hər matç bizə böyük təcrübə verir. Daha da yaxşı olmalıyıq ki, belə görüşlərdə qalib gələk".

Futbolmedia.az
xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

O, nəticənin ədalətli olmadığını bildirib: "Bu qədər qol epizodundan sonra qalib gəlməmək ədalətsizlik sayıla bilər. Amma inanıram ki, bunun qarşılığını görəcəyik".

Baş məşqçi transfer etmədiklərinə görə təəssüf hissi keçirmədiyini söyləyib: "Hamı oyunçu axtarışındadır. Pandemiya ilə bağlı ciddi dəyişikliklər oldu. Əlimizdəki futbolçuları qoruyub saxlamaq vacib idi".

Qurbanov Abbas Hüseynovun cərimə meydançasında yıxıldığı epizodu şərh edib: "Özüm təkrarına baxmamışam. Sadəcə toxunuş səsi gəldi. Bu oyunda hakim üçün idarəçilik çətin idi. Yan hakim epizodu daha düzgün görə bilərdi. Deyilənə görə, Patrik Andradenin epizodunda penalti var idi. Amma bu barədə danışmaq bizə yaraşmaz. Futbolçulara bəhanə vermək istəmirəm".

Mütəxəssis Kevin Medinaya cəza verdiklərini vurğulayıb: "Qarşıdakı oyunlarda qalib gəlsək, mükafat almayacaq. Hərəkətindən çox narazı qaldım. Bu cür təcrübəli futbolçu belə səhvlər etməməlidir"




 
Bölməyə aid digər xəbərlər
02.03.2021
Qurban Qurbanov: “Ola bilsin psixoloji təsiri var idi“
02.03.2021
Milimiz “Turan Tovuz”la heç-heçə etdi
02.03.2021
“Qarabağ“ “Qəbələ“yə, “Səbail“ autsayderə qarşı - YENİLƏNİR
02.03.2021
Azərbaycan və Türkiyə milli komandaları yoldaşlıq oyunu keçirəcək
28.02.2021
“Zirə“nin futbolçusu Davit Volkov əməliyyat olundu

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info