“Real”ın futbolçusu Kərim Benzema növbəti matçı buraxacaq.
Futbolmedia.az “Cadena COPE”yə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu komandanın bu günkü məşqinə qoşulmayıb. Ona görə də fransalı oyunçu 24-cü turda “Valyadolid”lə görüşün iştirak ərizəsinə daxil edilməyəcək.
Həmçninin Benzemanın Çempionlar Liqasının 1/8 finalının ilk oyununda “Atalanta” ilə qarşılaşmada iştirak edib-etməyəcəyi də sual altındadır.
Qeyd edək ki, “Valyadolid”lə matç sabah, “Atalanta” ilə matç isə fevralın 24-də keçiriləcək.
|