Maksim Medvedev “Qarabağ”ın yubiley qolunu vurdu
Tarix: 08.02.2021 | Saat: 15:52:00 | Oxunub: 795 | E-mail | Çapa göndər

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə cavab oyunu “Qarabağ” üçün əlamətdar olub.

Futbolmedia.az
PFL-in saytına istinadən xəbər verir ki, hesabı açan Maksim Medvedev kapitanı olduğu komandanın yubiley qoluna imza atıb. Bu, “Qarabağ”ın kubokda səfərdə vurduğu 90-cı qol olub.

Rəqib meydanında daha iki dəfə fərqlənməklə bu rəqəmi 92-yə çatdıran ağdamlıların 66 görüşdəki orta məhsuldarlığı 1,39-a bərabərdir.

3:0 hesabı ilə qalib gələn “Qarabağ” qapısını toxunulmaz saxlayıb.

Həmçinin Ağdam klubu ölkə kubokunda 75-ci quru matçını keçirib. Bu göstəricidə rekordçu olan komanda 45 dəfə evdə, 26 dəfə səfərdə, 4 dəfə neytral meydanı qol buraxmadan tək edib.




 
Bölməyə aid digər xəbərlər
11.04.2021
“Zirə“ - “Keşlə“: Heyətlər
11.04.2021
“Qarabağ“ “Sumqayıt“a, “Zirə“ “Keşlə“yə qarşı - Yenilənir
10.04.2021
Aftandil Hacıyev: “Hər oyun imtahandır“
10.04.2021
“Qarabağ“ - “Sumqayıt“ matçının hakimləri bilindi
10.04.2021
Millimizin baş məşqçisi De Byazi Qəbələyə getdi

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info