AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirdi
Tarix: 02.12.2019 | Saat: 14:00:00 | Oxunub: 815 | E-mail | Çapa göndər
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Futbolmedia.az xəbər verir ki, yığıncaqda "Zirə" və "Keşlə"nin müraciəti ilə bağlı qərar qəbul olunub.

"Zirə" tərəfindən verlmiş apellyasiya şikayəti qismən təmin edilib. X turun “Sumqayıt”la görüşündə qəsəbə təmsilçisi oyunun AFFA nümayəndəsini və hakim-inspektorunu tələb olunan yerlə təmin etmədiyinə görə 800 manat cərimə olunmuşdu. Bu qərar qüvvədə saxlanılıb. Ancaq ikinci hissə ev sahibləri üzündən 2 dəqiqə gec başladığına görə klubun 2400 manat cərimə olunması qərarı ləğv olunub.

“Keşlə”nin şikayəti də qismən təmin edilib. XII turun “Zirə” ilə matçının 60-cı dəqiqəsində Sezar Meza Kollinin aqressiv davranışa görə cəzalandırıldığı oyun sayı 1-ə endirilməklə qalan 2 qarşılaşmada cəzadan şərti olaraq azad edilib.

"Transfer pəncərəsi" dövrü istisna olmaqla mövsümün növbəti üç ayı ərzində futbolçu qırmızı vərəqə ilə nəticələnəcək eyni əməllərə təkrar yol verəcəyi halda cəzadan şərti olaraq azad etmə ləğv ediləcək, indiki cəzanın çəkilməmiş iki oyunluq kənarlaşdırılma hissəsi yeni qərar üzrə təyin olunmuş cəzanın üzərinə əlavə olunacaq.




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Azərbaycan millisinin sabiq üzvü İlkin Qırtımovun bacısı intihar etdi
09.12.2019
“Qarabağ”ın futbolçusu Miçel -100 oldu
09.12.2019
Əliyar Ağayev elit kateqoriyalı hakimlərin seminarında
06.12.2019
Rıbka: “Onların mənə külli miqdarda borcu var“
06.12.2019
“Qarabağ“ın futbolçuları tələbələrlə görüşdü

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info