Rayan Giqqz: “Azərbaycanlılar bizi ikinci ölkəsi kimi qəbul edə bilər“
Tarix: 02.12.2019 | Saat: 13:14:00 | Oxunub: 824 | E-mail | Çapa göndər
"Bu yaxınlarda Bakıya səfər etmişdik. Yaxşı səfər oldu. Orda qələbə qazandıq və yaxşı təcrübə topladıq”.

Futbolmedia.az xəbər verir ki, bu sözləri Uels yığmasının baş məşqçisi Rayan Giqqz yerli mətbuata açıqlamasında deyib.

Avro-2020-nin seçmə mərhələsində A qrupuna düşmələrini dəyərləndirən 46 yaşlı mütəxəssis yenidən Bakıya səfər edəcəklərindən məmnun olduğunu bildirib: "Yerli şərait və isti havalardan asılı olmayaraq, Bakıda qalacağıq. Bu səbəbdən, daha yaxşı seçim ola bilməzdi. Biz oyunlar keçirəcək və idman obyektləri ilə tanış olacağıq. Orada olduğumuz vaxt həmin obyektlərin gözəlliyinin şahidi olduq. Bu iki matçla Azərbaycan bizi ikinci ölkəmiz kimi qəbul edə bilər".

Xatırladaq ki, Uels yığması iyunun 13-də İsveçrə, 17-də isə Türkiyə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
Karlo Ançelotti gedir, Alleqri gəlir
10.12.2019
Zlatan İbrahimoviçə üç klubdan təklif
10.12.2019
“Bolonya“ gəl dedi, İbrahimoviç rədd etdi
10.12.2019
Çempionlar Liqasının sonuncu turunu idarə edəcək hakimlər məlum oldu
09.12.2019
Rayan Giqqs : “Komandanın kilidini aça biləcək futbolçu Pol Poqbadır “

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info