Nihat Özdəmir: “Azərbaycanda oynamaq bizə qürur verəcək”
Tarix: 01.12.2019 | Saat: 12:51:00 | Oxunub: 822 | E-mail | Çapa göndər
Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir Avro-2020-in püşkatmasını şərh edib.

Futbolmedia.az “Euronews”ın saytına istinadən xəbər verir ki, o, deyib: “Bizim məqsədimiz final mərhələsinə düşmək idi. Yaxşı qrupa düşdük. Bakı öz evimiz sayılır. Hər zaman deyirik, bir millət, iki dövlətik. Yaxşı komandamız var. Azərbaycanda oynamaq bizə qürur verəcək. İtaliyanı tariximizdə məğlub edə bilməmişik. Onlar seçmə mərhələdə qrupda 10 oyunun hamısında qalib gəliblər. İtaliyaya ilk məğlubiyyəti yaşatmaq istəyirik. Futbolçularımıza və baş məşqçimizə çox güvənirik. Azərbaycanda öz evimizdəki kimi oynayacağıq. İnşallah, yaxşı nəticə qazanarıq”.

Xatırladaq ki, püşkün nəticəsinə əsasən, Türkiyənin də yer aldığı A qrupunun aşağıda qeyd edilən 3 oyunu Bakıda keçiriləcək.


13 iyun
Uels - İsveçrə

17 iyun
Türkiyə - Uels

21 iyun
İsveçrə - Türkiyə

A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko" stadionunda keçirəcək.




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
Karlo Ançelotti gedir, Alleqri gəlir
10.12.2019
Zlatan İbrahimoviçə üç klubdan təklif
10.12.2019
“Bolonya“ gəl dedi, İbrahimoviç rədd etdi
10.12.2019
Çempionlar Liqasının sonuncu turunu idarə edəcək hakimlər məlum oldu
09.12.2019
Rayan Giqqs : “Komandanın kilidini aça biləcək futbolçu Pol Poqbadır “

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info