Türkiyə millisinin Bakıdakı oyunlarının başlama saatı bilindi - Avro 2020
Tarix: 01.12.2019 | Saat: 10:00:00 | Oxunub: 807 | E-mail | Çapa göndər
Avro-2020-nin A qrupunun Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının başlama saatları müəyyənləşib.

Futbolmedia.az
xəbər verir ki, bununla bağlı AFFA-nın saytı açıqlama yayıb. İlk matç iyunun 13-də saat 17:00-da (Mərkəzi Avropa vaxtı ilə saat 15:00-da) Uels və İsveçrə milliləri arasında olacaq.

Türkiyə millisinin iyunun 17-də Uels və iyunun 21-də İsveçrə ilə görüşləri isə saat 20:00-da (Mərkəzi Avropa vaxtı ilə saat 18:00-da) başlanacaq. Hazırda Bakı və Mərkəzi Avropa vaxtları arasında 3 saatlıq fərq mövcuddur. Lakin martın sonlarında bu fərq 2 saata enədək.

A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko" stadionunda keçirəcək.

Qeyd edək ki, qrupun üç matçından əlavə, 1/4 finalın bir matçı da Bakıda olacaq.




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
Karlo Ançelotti gedir, Alleqri gəlir
10.12.2019
Zlatan İbrahimoviçə üç klubdan təklif
10.12.2019
“Bolonya“ gəl dedi, İbrahimoviç rədd etdi
10.12.2019
Çempionlar Liqasının sonuncu turunu idarə edəcək hakimlər məlum oldu
09.12.2019
Rayan Giqqs : “Komandanın kilidini aça biləcək futbolçu Pol Poqbadır “

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info