“Zirə“ nin baş məşqçisi oyunu şərh etdi
Tarix: 30.11.2019 | Saat: 17:36:00 | Oxunub: 825 | E-mail | Çapa göndər
"Zirə" Premyer Liqanın 13-cü turunun açılış görüşü çərçivəsində səfərdə "Qəbələ"yə böyük hesabla məğlub oldu.

Qonaq komandanın baş məşqçisi Zaur Həşimov 0:3 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında deməyə sözünün olmadığını bildirib.

- Komanda sanki "Keşlə" üzərindəki qələbənin eyforiyasından özünə gəlməmişdi.

- Sözün düzü, gözləyirdim ki, nəticəmiz yaxşı olmaya bilər. Eyforiya məsələsi ilə hardasa razıyam. Ancaq bu qədər bərbad oynayacağımızı gözləmirdim. Uşaqların "Keşlə" üzərindəki qələbəni unuda bilmədiklərini həftə içərisində də görürdüm. Kiçik bir uğurun ab-havasından çıxa bilməməyin nəticəsində bu gün böyük hesabla məğlub olduq.

- Əvvəllər, xüsusən birinci dövrədə "Qəbələ"də işlədiyinizi nəzərə alsaq, bu komandaya qarşı daha yaxşı hazırlaşacağınızı gözləmək olardı. Lakin görünən bu oldu ki, həmkarınız Elmar Baxşıyev sizi daha yaxşı analiz edib.

- Mən bu komandanı yaxşı tanıyıram. Müsahibəmdə də demişdim ki, bizi Qəbələdə çətin oyun gözləyir. Niassenin də transferi "Qəbələ"nin müdafiənin mərkəzindəki gücünü artırıb. Rəqibimiz bu gün qalib gəlməyə layiq idi. hesab daha böyük ola bilərdi. Onları təbrik edirəm (sportinfo.az).




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Azərbaycan millisinin sabiq üzvü İlkin Qırtımovun bacısı intihar etdi
09.12.2019
“Qarabağ”ın futbolçusu Miçel -100 oldu
09.12.2019
Əliyar Ağayev elit kateqoriyalı hakimlərin seminarında
06.12.2019
Rıbka: “Onların mənə külli miqdarda borcu var“
06.12.2019
“Qarabağ“ın futbolçuları tələbələrlə görüşdü

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info