AFFA rəhbərliyi püşkatmaya yollandı
Tarix: 30.11.2019 | Saat: 18:32:00 | Oxunub: 817 | E-mail | Çapa göndər

Bu gün Rumıniyanın paytaxtı Buxarestdəki ROMEXPO sərgi və konsert kompleksində 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi təşkil olunacaq.

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq mərasimdə çempionatın ev sahibi şəhərlərindən biri olan Bakını nümayəndə heyəti olaraq AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Avro-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə koordinatoru Kamran Vəliyev, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva və Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev təmsil edəcəklər.

Məlumatı AFFA-nın saytı yayıb.




 
Bölməyə aid digər xəbərlər
02.12.2019
Qurban Qurbanov: “Psixoloji gərginlik var“
02.12.2019
“Qarabağ“ “Sabah“a qarşı - Yenilənir
30.11.2019
Rafael Ağayev məğlub oldu
28.11.2019
Rüfət Dadaşov: “Bizə 3 xal çox lazımdır“
28.11.2019
“Qarabağ“ “Sevilya“ya qarşı - Yenilənir

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info