“Liverpul“da ciddi itki - Fabinyo üçün mövsüm bitdi
Tarix: 30.11.2019 | Saat: 09:36:00 | Oxunub: 821 | E-mail | Çapa göndər
Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Napoli" ilə matçda (1:1) zədələnən "Liverpul"un futbolçusu Fabinyonun son durumu müəyyənləşib.

Futbolmedia.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, tibbi müayinədən keçən braziliyalı yarımmüdafiəçinin ilin sonuna kimi oynamayacağı bildirilib.

Qeyd edək ki, Fabinyo "Napoli" ilə görüşün 18-ci dəqiqəsində zədələnərək Veynaldumla məcburi əvəzlənmişdi.

Əlavə edək ki, 26 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 13 matçda 1 qol vurub, 1 qolun ötürməsini verib.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Eden Hazard şok yaşatdı - səkkiz həftə oynamayacaq
06.12.2019
İbrahimoviç: “Ronaldo istedadlı deyil”
06.12.2019
Birləşmiş Ərəb Əmirlikləri millisinin baş məşqçisi qovuldu
06.12.2019
“Everton“ baş məşqçisini qovdu
06.12.2019
“Traktor“qələbə qazana bilmədi

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info