“Sevilya“nın kapitanı - “Motivasiya baxımından çətin oyun idi“
Tarix: 29.11.2019 | Saat: 14:00:00 | Oxunub: 825 | E-mail | Çapa göndər
"Motivasiya baxımından çətin oyun idi. Mərhələni təmin etdiyimizdən matça sonadək köklənmək ağır olur".

Futbolmedia.az xəbər verir ki, bu sözləri "Sevilya"nın kapitanı Daniel Karrisu Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Portuqaliyalı futbolçu “Qarabağ”ın müdafiəyə qapandığı üçün ilk hissədə hücumda çətinlik çəkdiklərini bildirib:"İkinci hissədə sürətli oynamağa başladıq. Buna görə iki qol vurduq. Üstün oynamaq asan deyildi. Fasilədən sonra daha ciddi təsir bağışladıq. Bu səbəbdən, qələbəmizlə fəxr edirik".

Müdafiəçi 5 oyunda cəmi 2 top buraxdıqlarını da xatırladıb: "Qrupda favorit olduğumuzu bilirdik. 4 görüşdə qapımızı toxunulmaz saxlamışıq. İddialıyıq və hədəfimiz bütün matçlarda 3 xal qazanmaqdır".




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
Karlo Ançelotti gedir, Alleqri gəlir
10.12.2019
Zlatan İbrahimoviçə üç klubdan təklif
10.12.2019
“Bolonya“ gəl dedi, İbrahimoviç rədd etdi
10.12.2019
Çempionlar Liqasının sonuncu turunu idarə edəcək hakimlər məlum oldu
09.12.2019
Rayan Giqqs : “Komandanın kilidini aça biləcək futbolçu Pol Poqbadır “

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info