Araz Abdullayev: “Referi penalti vermədi“
Tarix: 29.11.2019 | Saat: 09:34:00 | Oxunub: 821 | E-mail | Çapa göndər
"Bu gün ən azı bir xal qazanmaq istəyirdik. İlk yarıda yaxşı müdafiə olunduq, hücumlara da çıxırdıq. Ancaq bir top buraxandan sonra daha açılışdıq".

Futbolmedia.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Araz Abdullayev Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Sevilya"ya 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.

Onun sözlərinə görə, "Sevilya" kimi komandaya qarşı açıq oynamaq çətindir: "Geri dönüş edə bilmədik. İlk qoldan sonra ən azı bir top vurmaq istəyirdik. Ümid var idi. "Qarabağ" belə rəqiblərlə oynayıb, "Atletiko" ilə hər iki matçda heç-heçə edib. Yenə bacara biləcəyimizi fikirləşirdik. Qrupdan çıxaraq, azarkeşlərimizi və xalqımızı sevindirmək istəyirdik. Burdan xal qazanıb hər şeyi son tura saxlamağı düşünürdük. Qarşıya baxmaq lazımdır".

Abdullayev deyib ki, Abdulla Zubirə qarşı qayda pozuntusu olduğu epizodda "Sevilya"ın qapısına penalti təyin etmək olardı: "Referi penalti vermədi. Belə komandalara qarşı çox hücum edə bilmirsən. Canlanma oldu, qol vurmaq istəyirdik. Onlar ikincini vurdu və hər şey bitdi. Biz də çalışırdıq ki, növbəti raunda yüksələk. Kimsə düşünə bilər ki, qrupumuz daha rahat idi. Ancaq digər rəqiblər də bizim səviyyəmizdə idi. Futboldur, qarşıya baxmaq lazımdır. Olan olub. Çalışacağıq ki, yenidən avrokubokda qrupa düşək".




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Rıbka: “Onların mənə külli miqdarda borcu var“
06.12.2019
“Qarabağ“ın futbolçuları tələbələrlə görüşdü
05.12.2019
Zaur Həşimov :“ Fikrimcə, bizdə də bu, pis alınmadı“
04.12.2019
“Sabah“ və “Vətən” klubunun rəhbərlikləri S. Əbdürrəhmanova 26 nömrəli forma hədiyyə etdi
04.12.2019
Renat Dadaşov: “Bəzi səhvlərimə görə alman futbolundan getdim“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info