“Qarabağ“ “Sevilya“ya qarşı - Yenilənir
Tarix: 28.11.2019 | Saat: 10:22:00 | Oxunub: 828 | E-mail | Çapa göndər

Bu gün Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçiriləcək.

Futbolmedia.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxacaq. Ağdam klubu İspaniya səfərində qrup lideri “Sevilya”nın qonağı olacaq.

Avroliqanın rekord sayda – 5 qat qalibi olan meydan sahibləri bu matçın aşkar favoritidir. Bakıda keçirilən ilk görüşdə də Əndəlüs təmsilçisi “Qarabağ”dan üstün olub – 3:0. Bununla belə, qrupdan çıxmaq şansının çətinə salan Qurban Qurbanovun komandası səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq.

Qrupun digər oyununda isə APOEL “Dedelanj”ın qonağı olacaq.

Qeyd edək ki, “Qarabağ” və APOEL-in 4 xalı olsa da, şəxsi oyunlardakı üstünlüyə görə Nikosiya təmsilçisi 2-ci, “Qarabağ” isə 3-cü pillədə yer alıb. Bu da o deməkdir ki, “Qarabağ” “Sevilya”ya uduzsa və APOEL Lüksemburq səfərində qalib gəlsə, təmsilçimiz qrupdan çıxmaq şansını itirəcək.


5-ci tur

A qrupu

00:00. “Sevilya” (İspaniya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Məhəmməd Əl-Hakim
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu

00:00. “Düdelanj” (Lüksemburq) – APOEL (Kipr)




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
Vladimir Petkoviç: “Bakıya tez getmək üçün icazə almışıq“
08.12.2019
Bu gün Azərbaycan Premyer Liqasında bu ilin son turu
02.12.2019
Qurban Qurbanov: “Psixoloji gərginlik var“
02.12.2019
“Qarabağ“ “Sabah“a qarşı - Yenilənir
30.11.2019
AFFA rəhbərliyi püşkatmaya yollandı

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info