Qurban Qurbanov: “Məni narahat edən bir şey yoxdur“
Tarix: 27.11.2019 | Saat: 22:00:00 | Oxunub: 793 | E-mail | Çapa göndər

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun "Sevilya" ilə səfər oyunu öncəsi mətbuat konfransı keçirib. Futbolmedia.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Yaxşı komandaya qarşı oynayacağıq. Hansı ki, artıq pley-off-a vəsiqəni təmin edib. Biz hər oyuna ciddi yanaşmışıq. Çatışmayan cəhətlərimizi görməyə çalışmışıq. Sabah böyük komandaya qarşı oynayacağıq. 90 dəqiqə mübarizə aparmağa çalışacağıq.

- Maksim Medvedvin durumu nə yerdədir?

- Maksimin durumu pis deyil. Oynama ehtimalı çoxdur.

- İspaniyaya ikinci dəfə gəlirsiniz. "Atletiko" ilə "Sevilya" nə ilə fərqlənir?

- 2 il əvvəl Madrid səfərindən uğurlu nəticə əldə etmişdik. "Sevilya" ilə "Atletiko" fərqli komandalardır. Hər bir halda çox istərdik ki, meydanda yaxşı mübarizə aparıb, intizamlı oyun göstərək.

- "Sevilya" artıq növbəti mərhələni təmin edib. Bu, sizin üçün oyunu asanlaşdırmır?

- "Sevilya" tək-tük komandalardandır ki, belə şeylər haqda düşünmür. Hər oyunda maksimum pressinq edir. Biz bunu Bakıda da gördük. Sona kimi oyuna nəzarət etmək istəyirdilər. Bugünkü açıqlamalarından da görürəm ki, sabah hücum etmək istəyirlər. Mənim düşündüklərimlə üst-üstə düşdü. Bu komanda heyətdən asılı olmayaraq, 90 dəqiqə dinamik futbol oynamağa çalışır.

- "Qarabağ" burdan sərfəli nəticə ilə qayıtmaq üçün necə oynamalıdır?

- Bizim öz oyun üslubumuz var. Bundan əl çəkməməyə çalışırıq və istənilən rəqibə qarşı göstəririk. Bəzən rəqiblər fərqli olur. Bu komandaya qarşı maksimum dərəcədə az boşluqlar verməliyik. Çünki yaradıcı oyunçuları çoxdur. Uğurlu nəticə qazanmaq istərdik. Amma hazırda bizim üçün əsas olan rəqibi düzgün analiz etməkdir. Sabah düzgün oynasaq, istəyimizə nail ola bilərik.

- Burdakı oyun Bakıdakından nə ilə fərqlənəcək?

- Həqiqəti deməliyik. Bu komanda istənilən rəqibə qarşı dominantlıq etməyə çalışır. İstənilən rəqibi müdafiə olunmağa məcbur edir.

- "Sumqayıt"la oyundan sonra taktiki dəyişiklik olacaq?

- Ola bilər ki, dəyişiklik olsun. Heyətə gəldikdə, Dani və Mahir zədədən qayıdıblar. Amma optimal formalarından uzaqdırlar. İstənilən halda yaxşı oyun göstərməyə çalışacağıq.

- Bu gün sizi narahat edən nədir?

- Məni narahat edən bir şey yoxdur. Sadəcə, ona görə narahatam ki, bəzi futbolçular optimal formalarından uzaqdır. Bu da fərqli səbəBlərdən olur. Bəzən zədəyə, bəzən də sıx qrafikə görə olub. Amma bu gün bu haqda yox, oyun haqda düşünürəm.




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Rahid Əmirquliyev: “Klubda daxili problemlər var“ - MÜSAHİBƏ
03.12.2019
Asmir Beqoviç: “Qarabağ“da qalmaq istəyərdim“
29.11.2019
Qara Qarayev: “Tilsimi qıra bilmədik“
29.11.2019
Tahir Gözəl: “Meydanda xəyalımdakı “Qarabağ“ı görmədim“
29.11.2019
Qurban Qurbanov: “Rəqib də bizi buna məcbiur etdi“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info