Nazarov:” Hədəfini seçib, zərbəni inamla vurmalısan”
Tarix: 27.11.2019 | Saat: 16:00:00 | Oxunub: 814 | E-mail | Çapa göndər
Millimizin və “Erzgebirge”nin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniya klubundakı penalti rekordu barədə danışıb.

Futbolmedia.az xəbər verir ki, 29 yaşlı futbolçu “Tag24”ə açıqlamasında 11 metrlik cərimə zərbələrində dəqiqliyinin sirrlərini bölüşüb:

“Qapıçının nə etdiyinə diqqət edirəm. Ancaq həmişə öz fikrim var və heç vaxt qərarımı dəyişmirəm. Əgər zərbə vurmaq anında fikrinizi dəyişsəniz, böyük ehtimalla qol olmayacaq. Hədəfini seçib, zərbəni inamla vurmalısan”.

Nazarov 2016-cı ildə “Bavariya” ilə yoxlama oyununda Manuel Noyerin qapısına vurduğu penaltidən də danışıb: “Bavariya” ilə oyun 1:1 hesabı ilə başa çatmışdı. Matçın sonuna yaxın penalti vurmaq hüququ qazandıq. Məşqçimiz mənə dedi ki, penaltini dəqiq yerinə yetirsən, bundan sonra 11 metrlik cərimə zərbələrini həmişə sən vuracaqsan. İndi hər dəfə öz-özümə deyirəm ki, sən Noyerə qol vurdun, hansı ki, dünyada ondan yaxşı qapıçı yoxdur".

Qeyd edək ki, 2016-cı ildən Aue təmsilçisində çıxış edən Nazarov 13 penaltidən 12-ni dəqiq yerinə yetirib.




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
Karlo Ançelotti gedir, Alleqri gəlir
10.12.2019
Zlatan İbrahimoviçə üç klubdan təklif
10.12.2019
“Bolonya“ gəl dedi, İbrahimoviç rədd etdi
10.12.2019
Çempionlar Liqasının sonuncu turunu idarə edəcək hakimlər məlum oldu
09.12.2019
Rayan Giqqs : “Komandanın kilidini aça biləcək futbolçu Pol Poqbadır “

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info