“Real“-da şok itki - Hazard bir neçə ay oynaya bilməyəcək
Tarix: 27.11.2019 | Saat: 15:15:00 | Oxunub: 864 | E-mail | Çapa göndər
"Real"ın aparıcı futbolçusu Eden Hazard zədələnib.

Futbolmedia.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda PSJ ilə oyunda (2:2) sıradan çıxıb.

İspaniya mətbuatı yazıb ki, görüşün 69-cu dəqiqəsində zədələnərək əvəzlənən futbolçu bir neçə ay yaşıl meydanlardan kənarda qala bilər. Komandanın baş məşqçisi Zinəddin Zidan da oyundan sonra keçirilən mətbuat konfransında Hazardın zədəsinin ciddi olduğunu deyib. Topuğundan zədə alan futbolçunun durumuna bu gün keçiriləcək tibbi müayinədən sonra tam aydınlıq gələcək.


Xatırladaq ki, "Real"ın bu yay "Çelsi"də 100 milyon avroya transfer etdiyi Hazard bundan əvvəl də 1 aylıq sıradan çıxmışdı.




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
Karlo Ançelotti gedir, Alleqri gəlir
10.12.2019
Zlatan İbrahimoviçə üç klubdan təklif
10.12.2019
“Bolonya“ gəl dedi, İbrahimoviç rədd etdi
10.12.2019
Çempionlar Liqasının sonuncu turunu idarə edəcək hakimlər məlum oldu
09.12.2019
Rayan Giqqs : “Komandanın kilidini aça biləcək futbolçu Pol Poqbadır “

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info