İspaniya mətbuatı - “Artıq səmada “Qarabağ”ın yaşatdığı qorxu görünür”
Tarix: 27.11.2019 | Saat: 12:39:00 | Oxunub: 835 | E-mail | Çapa göndər
Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə “Yuventus”a uduzan (0:1) “Atletiko” növbəti mərhələyə vəsiqə qazanmaq işini çətinə salıb.

Futbolmedia.az xəbər verir ki, qrupda 7 xalla 2-ci olan Madrid klubunun növbəti turda büdrəməsi turnirlə vidalaşmağına səbəb ola bilər.

6 xalla qrup üçüncüsü olan “Bayer” son turda “Yuventus”a qalib gəlsə və “Atletiko” Moskva “Lokomotiv”i ilə görüşdə xal itirsə, madridlilər ÇL-də mübarizəni başa vuracaq.

Bununla bağlı yazan İspaniya mətbuatı 2017-18 mövsümündə “Qarabağ”ın “Atletiko”ya yaşatdıqlarını xatırladıb: “Turindəki məğlubiyyət o deməkdir ki, “Atletiko”un qrupdan çıxması çətinləşib. Komandanın növbəti tur “Lokomotiv”lə oyunda büdrəməsi Çempionlar Liqası ilə vidalaşmağına səbəb ola bilər. Artıq səmada “Qarabağ”ın yaşatdığı qorxu görünür”.

Xatırladaq ki, 2017-18 mövsümündə "Qarabağ"la hər iki görüşdə heç-heçə edən "Atletiko" qrupda 3-cü yeri tutaraq Çempionlar Liqası ilə vidalaşmışdı.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Ramil Şeydayev Moskva “Dinamo“nu tərk edəcək
06.12.2019
Azərbaycanın 2020-ci il üçün FİFA hakimləri
06.12.2019
“Qarabağ“ “Keşlə“yə qarşı - Yenilənir
06.12.2019
Birinci divizionda XIII turun oyunları üçün hakim təyinatları açıqlandı
05.12.2019
Jelko Sopiç: “Daha çox gənclərə şans verdik“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info