Ronaldo: “Meydança kartof sahəsinə bənzəyirdi“
Tarix: 18.11.2019 | Saat: 07:52:00 | Oxunub: 883 | E-mail | Çapa göndər

“Avropa çempionatına vəsiqə qazandıq. Bu, çox vacib idi. Millli komandada çıxış etmək mənim üçün böyük şərəfdir. Xüsusilə də qol vuranda”.

Futbolmedia.az “A Bola”ya istinadən xəbər verir ki, bu sözləri Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Avro-2020-nin seçmə mərhələsində səfərdə Lüksemburqa qalib gəldikləri oyundan (2:0) sonra deyib.

34 yaşlı hücumçu “Jozi Bartel” stadionunun ot örtüyünün bərbad olduğunu bildirib: “Belə bir qazonda oynamaq çətindir. Gördüyünüz kimi, meydança daha çox kartof sahəsinə bənzəyirdi. Səviyyəlli komandaların belə bir meydançada necə oynadığını bilmirəm. Çox pis! Əsas odur ki, biz işimizi gördük. Əsas məqsədimiz qələbə idi”.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Düdelanj” da ev oyunlarını “Jozi Bartel” stadionunda keçirir. Ağdam klubu 2-ci turda bu arenada rəqibini 4:1 hesabı ilə udub.







 
Bölməyə aid digər xəbərlər
10.12.2019
Karlo Ançelotti gedir, Alleqri gəlir
10.12.2019
Zlatan İbrahimoviçə üç klubdan təklif
10.12.2019
“Bolonya“ gəl dedi, İbrahimoviç rədd etdi
10.12.2019
Çempionlar Liqasının sonuncu turunu idarə edəcək hakimlər məlum oldu
09.12.2019
Rayan Giqqs : “Komandanın kilidini aça biləcək futbolçu Pol Poqbadır “

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info