Ronaldo iki illik futboldan kənarlaşdırıla bilər
Tarix: 12.11.2019 | Saat: 18:16:00 | Oxunub: 830 | E-mail | Çapa göndər
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo iki illik cəzalandırıla bilər.

Futbolmedia.az
-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, bu barədə İtaliya millisinin sabiq futbolçusu Antonio Kassano məlumat verib. O deyib ki, portuqaliyalı hücumçu A seriyasının 12-ci turunda "Milan"la matçda əvəzləndikdən sonra birbaşa stadionu tərk etdiyi üçün bu cəzaya məruz qala bilər:

"Ronaldo oyun bitmədən stadiondan ayrıldı. Bu isə qadağandır. Çünki matçlardan sonra dopinq-testlər olur. Dopinq-testdən keçməməyin cəzası ilə 2 illik diskvalifikasiyadır. Yadımdadır ki, mən də "Latsio" ilə oyunda əvəzlənməyimə əsəbiləşmişdim və matçın sonunu gözləmədən evimə gedirdim. O zaman Kapello məni stadiona qaytardı. Çünki ağır cəzalandırıla bilərdim".




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Eden Hazard şok yaşatdı - səkkiz həftə oynamayacaq
06.12.2019
İbrahimoviç: “Ronaldo istedadlı deyil”
06.12.2019
Birləşmiş Ərəb Əmirlikləri millisinin baş məşqçisi qovuldu
06.12.2019
“Everton“ baş məşqçisini qovdu
06.12.2019
“Traktor“qələbə qazana bilmədi

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info