APOEL-in kapitanı: “Mərhələni keçməyə layiq olduğumuzu göstərdik“
Tarix: 08.11.2019 | Saat: 13:36:00 | Oxunub: 836 | E-mail | Çapa göndər
"İkinci hissədə möhtəşəm oynadıq. Komanda yoldaşlarımı təbrik edirəm. Qələbənin mərhələ adlamaq üçün nə qədər önəmli olduğunu bilirdik".

Futbolmedia.az xəbər verir ki, bu sözləri APOEL-in kapitanı Nikolas İoannu Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la ev oyunundan (2:1) sonra deyib.

Qələbəni şərh edən kiprli müdafiəçi "Qarabağ" haqda müsbət fikirlər səsləndirməklə yanaşı mərhələni keçməyə layiq olduqlarını da bildirib:

"Hələ heç bir şey bitməyib. "Qarabağ" bizim işimizi çox çətinləşdirdi. Rəqib çox yaxşı komandadır. Bu rəqiblə oynadığımız dörd oyun bərabər səviyyədə keçib. Ancaq bu oyunlarda mərhələ keçməyə və qalib gəlməyə layiq olduğumuzu göstərdik. "Düdelanj" bizi Kiprdə məğlub edib. Ona görə də səfərdə son dərəcə diqqətli olmalıyıq".




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Joze Mourinyonun illik maaşı açıqlandı
20.11.2019
Pavel Hapal : “Hamı düşünürdü ki, Azərbaycana 5 qol vuracağıq“
20.11.2019
Marek Hamşik: “Azərbaycanla oyunun çətin keçəcəyini bilirdik“
20.11.2019
Dieqo Maradona istefa verdi
20.11.2019
Pavel Hapal: “Azərbaycan millisinin futbolçularında bir canlanma yaşandı“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info