Qurban Qurbanov: “APOEL özünü qələbəyə kökləyib“
Tarix: 06.11.2019 | Saat: 21:58:00 | Oxunub: 804 | E-mail | Çapa göndər

“Sabah rəqib həddindən artıq istəkli ola bilər. APOEL doğma meydanında oynayacaq. 90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik. Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər. Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq".

Futbolmedia.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-lə sabahkı səfər oyunu öncəsi klubun mətbuat xidmətinə bildirib.

O, Kipr klubu ilə matçda diqqətli olmağa çalışacaqlarını söyləyib: "Futbolda bəzən 90 dəqiqə topa nəzarət edirsən, amma vurduğun qollar əks-hücumlardan olur. Son vaxtlar belə qollara çox rast gəlirik. Görünür ki, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib. Bu da normal haldır. Biz başqa cür də gözləmirdik. Hər bir halda həm əks-hücumlarda, topa nəzarətdə, öz meydanımızda çalışacağıq ki, diqqətli olaq”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Millimizin oyunu hansı kanalda?
17.11.2019
“Barselona” Messi ilə danışıqlara start verdi
17.11.2019
“Qarabağ“ - “Düdelanj“ matçının biletləri satışa çıxarılır
16.11.2019
Almaniya Belarusa, Hollandiya Şimali İrlandiyaya qarşı - Yenilənir
12.11.2019
“Zirə“ “Sumqayıt“la yoxlama oyunu keçirəcək

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info