“Qarabağ“ APOEL-ə qarşı - Yenilənir
Tarix: 07.11.2019 | Saat: 08:20:00 | Oxunub: 767 | E-mail | Çapa göndər

Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulacaq.

Futbolmedia.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxacaq. Ağdam təmsilçisi Kipr səfərində APOEL-lə qarşılaşacaq.

Qrupda 4 xalla 2-ci olan “Qarabağ” səfərdə qalib gəlsə, növbəti mərhələyə vəsiqə üçün böyük addım atmış olacaq. Bir xalla qrup sonuncusu olan Nikosiya təmsilçisinə də qələbə çox vacibdir. Bu baxımdan “Qarabağ”ı asan oyun gözləmədiyini demək olar.

Bu, “Qarabağ”ın APOEL-lə mövsümdə 4-cü oyunu olacaq. Əvvəlcə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası doğma meydanda 0:2 uduzaraq, tunirlə vidalaşmışdı. Avroliqanın qrupunda Bakıdakı oyunda isə qalib müəyyənləşməyib – 2:2.

Qeyd edək ki, bu gün A qrupunun digər oyununda “Sevilya” (İspaniya) səfərdə “Düdelanj”la (Lüksemburq) qarşılaşacaq.


7 noyabr

Avropa Liqası

A qrupu

21:55. APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan)
Hakimlər: Manuel Şuttenqruber, Roland Brandner, Robert Steynaşer, Kristofer Yaqer (hamısı Avstriya).
Nikosiya. GSP stadionu

21:55. “Düdelanj” (Lüksemburq) - “Sevilya” (İspaniya)




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
“Zirə“ “Sumqayıt“la yoxlama oyunu keçirəcək
11.11.2019
Azərbaycan - Lixtenşteyn oyunu kipirli hakimlərə tapşırıldı
10.11.2019
“Qarabağ“ - “Zirə“: Heyətlər
09.11.2019
Millimizin heyətində dəyişiklik
08.11.2019
APOEL-in futbolçusu: “Qisas almaq üçün “Düdelanj“a qalib gəlməliyik“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info