APOEL-in futbolçusu : “Qarabağ“la oyun bizim üçün son şansdır“
Tarix: 06.11.2019 | Saat: 13:18:00 | Oxunub: 832 | E-mail | Çapa göndər
"Asanlıqla deyə bilərəm ki, bu, bizim üçün son şansdır, ən vacib oyunumuzdur. Matça çox yaxşı hazırlaşmışıq".

Futbolmedia.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan APOEL-in futbolçusu Uroş Matiç klubun televiziyasına açıqlamasında deyib.

Ağdam klubu ilə qarşıdan gələn oyun haqda danışan serbiyalı yarımmüdafiəçi azarkeşlərindən dəstək istəyib: "Ümid edirəm ki, azarkeşlər bizi dəstəkləyəcək və yeni ildən sonra da avrokuboklarda oynamaq arzumuzun həyata keçməsində kömək edəcəklər. Əlbəttə, azarkeşlərimiz bizə lazımdır. Onları aramızda hiss edəndə daha yaxşı oynayırıq. APOEL güclü komandadır və yaxşı azarkeşləri var. Ümid edirəm ki, bunu dördüncü gün görəcəyik".

Qeyd edək ki, noyabrın 7-də keçiriləcək APOEL – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Joze Mourinyonun illik maaşı açıqlandı
20.11.2019
Pavel Hapal : “Hamı düşünürdü ki, Azərbaycana 5 qol vuracağıq“
20.11.2019
Marek Hamşik: “Azərbaycanla oyunun çətin keçəcəyini bilirdik“
20.11.2019
Dieqo Maradona istefa verdi
20.11.2019
Pavel Hapal: “Azərbaycan millisinin futbolçularında bir canlanma yaşandı“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info