Rayan Giqqz: “Beyl Azərbaycanla oyuna hazır olacaq“
Tarix: 05.11.2019 | Saat: 19:09:00 | Oxunub: 1004 | E-mail | Çapa göndər
Uels millisinin baş məşqçisi Rayan Giqqz futbolçusu Qaret Beyl haqda danışıb.

Futbolmedia.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, "Real"ın hücumçusunun zədəsinin ciddi olmadığını deyib: "Mən onunla mütəmadi olaraq əlaqə saxlayırdım. Mənə ilk oyuna (Azərbaycanla matç nəzərdə tutulur - red.) qədər hazır olacağını söylədi. Bizim üçün ən ideal variant Beylin millinin matçlarında qədər "Real"la oyunda iştirakıdır".

Qeyd edək ki, 30 yaşlı futbolçunun zədə səbəbindən Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Qalatasaray"la görüşdə oynamayacağı bildirilib.

Xatırladaq ki, Avro-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Bakıda Azərbaycanın qonağı olacaq Uels bundan üç gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
Antone Konteni təhdid etdilər
16.11.2019
Rayan Giqqz Bakıda qapı daşıdı – Şəkil
16.11.2019
Edvin van der Sar 2023-cü ilə qədər “Ayaks“ da
16.11.2019
Millimiz Uelsə qarşı - Yenilənir
14.11.2019
Marek Hamşik: “Azərbaycanla oyunu gözləyirəm”

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info