AFFA klubları cərimələdi
Tarix: 05.11.2019 | Saat: 15:14:00 | Oxunub: 766 | E-mail | Çapa göndər
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolmedia.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasda Azərbaycan Premyer Liqasının 10-cu turunda baş verənlər müzakirə olunub.

“Neftçi” – “Qarabağ” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Qəbələ” – “Sabah” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Zirə” – “Sumqayıt” matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Zirə” oyunun AFFA nümayəndəsini və inspektorunu tələb olunan yerlə təmin etmədiyi üçün klub 800 manat cərimə olunub.

Oyunun ikinci hissəsi “Zirə”nin gecikməsinə görə 2 dəqiqə ləngiyib. Bu səbəblə klub 2400 manat cərimə olunub.

“Səbail” – “Keşlə” matçında meydan sahiblərinin gecikməsi səbəbilə oyun 3 dəqiqə gec başladığına görə klub 2400 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Səbail”in futbolçusu Fəhmin Muradbəyli hakimlər otağına daxil olduğuna görə klub 1600 manat cərimə olunub.




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Ronaldo iki illik futboldan kənarlaşdırıla bilər
12.11.2019
“Ankaragücü“nün yeni baş məşqçisi açıqlandı
12.11.2019
Lionel Messi “Barselona ilə müqaviləni yeniləməyə qərar verməyib
12.11.2019
Millimizin heyətində dəyişiklik - Eddi İsrafilov sıradan çıxdı
12.11.2019
İsveç Futbol Federasiyasına UEFA-dan danışılmış oyunlarla bağlı xəbərdarlıq

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info