“Everton“un futbolçusu əməliyyat olundu
Tarix: 05.11.2019 | Saat: 10:36:00 | Oxunub: 799 | E-mail | Çapa göndər
İngiltərə Premyer Liqasının 11-ci turunda "Tottenhem"lə matçda ayağı qırılan "Everton"un futbolçusu Andre Qomeş əməliyyat olunub.

Futbolmedia.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, əməliyyat uğurlu keçib. Onun bir müddət xəstəxanada qalacağı bildirilib. Bundan sonra portuqaliyalı yarımmüdafiəçinin klubun həkimləri tərəfindən müalicəsinə başlanacaq. A.Qomeşin tam bərpa olunacağı gözlənilir.

Qeyd edək ki, matçın 78-ci dəqiqəsində rəqib futbolçusu Son Hın Minlə mübarizə zamanı Qomeşin ayağı qırılıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
Antone Konteni təhdid etdilər
16.11.2019
Rayan Giqqz Bakıda qapı daşıdı – Şəkil
16.11.2019
Edvin van der Sar 2023-cü ilə qədər “Ayaks“ da
16.11.2019
Millimiz Uelsə qarşı - Yenilənir
14.11.2019
Marek Hamşik: “Azərbaycanla oyunu gözləyirəm”

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info