Azarkeşlər APOEL-in oyununu boykot edir
Tarix: 04.11.2019 | Saat: 17:41:00 | Oxunub: 828 | E-mail | Çapa göndər

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan APOEL-in baş məşqçisi Tomas Doll yerli media ilə soyuq münasibətdədir.

Futbolmedia.az
Kipr mətbuatına istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı komandada qısa müddətdə işləməsinə baxmayaraq jurnalistlərlə yola getmir.

Bu səbəbdən Nikosiya təmsilçisinin Kipr çempionatının son turunda AEK-lə oyununda məhdud sayda media nümayəndəsi iştirak edib.

Bundan başqa, azarkşelərin də bir çoxu komandanın oyununi boykot edir. Onlar APOEL-in bu mövsüm qeyri-sabit çıxışından narazıdır.

Fanatlar noyabrın 7-də "Qarabağ"la keçiriləcək mühüm əhəmiyyət daşıyan görüşə də böyük maraq göstərmir. Bunun nəticəsidir ki, qarşılaşmaya cəmi 3 min bilet satılıb. Klub isə azarkeşlərin bu münasibətindən narazıdır.

Kiprin Kerkide saytı yazıb ki, azarkeşləri tribunalara qaytarmaq lazımdır. Necə ki, əvvəlki illərdə APOEL-in avrokubolardakı oyunu zamanı tirubunlar dolurdu.

Qeyd edək ki, APOEL "Qarabağ", "Sevilya" və "Düdelanj"la mübarizə apardığı qrupda cəmi bir xal qazanıb. Nikosiya təmsilçisi noyabrın 7-də "Qarabağ"la görüşdə uduzsa, qrupdan çıxmaq şansını itirəcək.




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
Almaniya Belarusa, Hollandiya Şimali İrlandiyaya qarşı - Yenilənir
12.11.2019
“Zirə“ “Sumqayıt“la yoxlama oyunu keçirəcək
11.11.2019
Azərbaycan - Lixtenşteyn oyunu kipirli hakimlərə tapşırıldı
10.11.2019
“Qarabağ“ - “Zirə“: Heyətlər
09.11.2019
Millimizin heyətində dəyişiklik

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info