“Qarabağ”ın qol seriyası qırıldı
Tarix: 04.11.2019 | Saat: 15:27:00 | Oxunub: 717 | E-mail | Çapa göndər
“Qarabağ”ın qol seriyası qırılıb.

Futbolmedia.az PFL-in saytına istinadən xəbər verir ki, Premyer Liqanın X turunda “Neftçi”nin qonağı olan Ağdam klubu mövsümdə ilk dəfə meydanı qol vurmadan tərk edib – 0:0. Bununla da son çempionun 17 oyunluq qol seriyası başa çatıb.


Bu mövsümün əvvəlki 9 qarşılaşmasında 19 qol vuran “Qarabağ” ötən çempionatın son 8 görüşündən də qolsuz ayrılmayıb. Həmin matçlarda ağdamlılar 26 dəfə rəqib qapısına yol tapıb.

Qol sevinci yaşadığı 17 matçda 45 dəfə fərqlənən “Qarabağ”ın seriyası 2019-cu il martın 9-dan sonra başlayıb. Həmin gün evdə “Zirə”ylə qolsuz heç-heçə qeydə alınıb.

Bu, “Qarabağ”ın Azərbaycan çempionatlarında 3-cü göstəricisinin təkrarıdır. Klub tarixinin rekordu 2016-cı ildə qeydə alınan 23 matçlıq qol seriyasıdır. 2018-19-cu illərdə 19, 1992-93-cü illərdə isə 17 oyunluq seriya yaşanıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
Slovakiya - Azərbaycan oyununu ukraynalı hakimlər idarə edəcək
16.11.2019
Uels yığmasının hücumçusu: “Azərbaycanın qapısına necə yol tapacağımızı bilirik“
16.11.2019
Ağabala: “məğlub oluruqsa, burada hamımız günahkarıq“
16.11.2019
Rumıniya - İsveç - 0:2 VİDEO
14.11.2019
Türkiyə İslandiyaya, Portuqaliya Litvaya qarşı - Yenilənir

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info