Qurban Qurbanov: “Çoxdandır belə mübarizəli oyun olmurdu“
Tarix: 01.11.2019 | Saat: 22:30:00 | Oxunub: 867 | E-mail | Çapa göndər
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 10-cu turunda "Neftçi" ilə oyunundan (0:0) sonra mətbuat konfransı keçirib. Futbolmedia.az xəbər verir ki, o, əvvəlcə heç-heçəni şərh edib.

- Çətin oyun oldu. Xeyli mübarizə gördük. Vacib qarşılaşma idi. 1 xal çox lazım idi. Rəqib istəkli oynadı. Bu da başadüşüləndir. Futbolçulardan razı qaldım. Sona kimi mübarizə apardılar. Çoxdandır belə mübarizəli oyun olmurdu. Bu, komandamız üçün çox faydalı olacaq.

- İkinci hissədə üstünlük “Neftçi”də idi. Bu, ehtiyatlı oynamaq tapşırığınızla bağlı idi, yoxsa yorğunluq oldu?

- Ehtiyat məsələsi deyildi. Son 10 gündə 3-cü oyunumuzdur. Bəzi futbolçularda yorğunluq var idi. “Neftçi”ni də nəzərə almalıyıq. Çox istəkli idilər, xal fərqini azaltmaq istəyirdilər. İki fərqli hissə oldu. Fasilədən sonra yorulduq və texniki səhvlər çoxaldı. Bu da başadüşüləndir. Yorğunluq olanda hissiyat zəifləyir. “Neftçi”nin sürətli, texnikalı futbolçuları var. İstənilən halda, komandadan razı qaldım.

- Xaymenin zədəsi nə yerdədir?

- Demək olar ki, düzəlib. Komanda ilə cəmi iki məşq edib. Bu da tam aktiv olmayıb. Sabahdan tam məşqlərə başlayacaq. APOEL-lə oyuna kimi hazır olacaq. “18-liy”ə daxil edəcəyik.

- Mahir son dəqiqələrdə zədələndi. Vəziyyəti necədir?

- Mahirdə ola bilər ki, zədə ciddidi. Əzələ zədəsidir. Sabah tam bilinəcək.

- APOEL-də yenidən baş məşqçi dəyişikliyi ola bilər...

- Bu barədə qəti düşünmürük. Bizim üçün vacib olan öz performansımızdır. Futbolçuları tam hazır vəziyyətə gətirməliyik. Ağır perioddayıq. Dəyişiklik olsa da, olmasa da ciddi hazırlaşacağıq.




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Nikola Yurçeviç: “Bir xalla mən də xoşbəxt deyiləm“
17.11.2019
Bəhlul Mustafazadə:“Slovakiya ilə oyun bundan da çətin olacaq“
11.11.2019
“Zirə“nin qapıçısı Zoqoviç : “İlk hissədə o qədər də yaxşı mübarizə aparmadıq“
10.11.2019
Donald Gerye: “Qarabağ“da oynamaq mənə daha rahat idi“
02.11.2019
Zubir: “O vaxt Mbappe bizimlə şəkil çəkdirmək istəyirdi, indi biz onunla“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info