Asmir Beqoviç: “Bizi çətin oyun gözləyir“
Tarix: 29.10.2019 | Saat: 11:00:00 | Oxunub: 995 | E-mail | Çapa göndər
“Qarabağ”ın qapıçısı Asmir Beqoviç Azərbaycan Premyer Liqasının 9-cu turunda evdə “Səbail”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolmedia.az xəbər verir ki, o, Ağdam klubundakı gələcəyi haqda da danışıb.

- Ağlına gələrdi ki, Essyenlə nə vaxtsa Azərbaycanda üz-üzə gələcəksiniz?

- Bu, futboldur. Öncədən heç nəyi demək olmur. Amma istənilən halda, Essyenlə rastlaşmaq xoş oldu. Bir-birimizə qarşı oynamışıq. Çox yaxşı futbolçudur.

- Maraqlıdır, oyundan sonra Essyenlə nə danışdınız?

- Sadəcə, ümumi həyatdan danışırdıq. O, məşqçilik karyerası ilə bağlı addımlar atmaq istəyir. Əsas bununla bağlı danışdıq.

- Bu günkü oyunla bağlı nə düşünürsən? Nəzərə alaq ki, çətin qələbə qazandınız.

- Hər oyun çətin keçir. Biz buna hazırıq. Xoşbəxtlikdən oyunun sonuna yaxın istəyimizə çata bildik.

- Növbəti tur səfərdə “Neftçi” ilə qarşılaşacaqsınız.

- Bizi çətin oyun gözləyir. Çalışacağıq ki, matça yaxşı hazırlaşaq.

- “Qarabağ”la müqavilən qışa qədərdir. Bu keçən vaxt ərzində fikrin dəyişibmi, yəni, “Qarabağ”da qalmaq istəyirsənmi, yoxsa?

- Hər şey ola bilər. Mən əsasən bu günü fikirləşirəm. Dekabra qədər yaşayaq, sonrasına baxarıq.

- “Qarabağ” Avroliqanın qrupundan çıxsa, bu, sənin Ağdam klubunda qalmaq fikrinə təsir edəcəkmi?

- Çox şey ola bilər. Vaxta var, yəni. Qarşıda bizi “Neftçi” və APOEL-lə oyunlar gözləyir. Daha sonra isə qış fasiləsi olacaq. Bir sözlə, bu haqda danışmaq üçün yetərincə vaxtımız olacaq.

- Avroliqada APOEL-lə 2:2 hesabı ilə heç-heçə etdiyiniz sonuncu oyunu necə dəyərləndirirsən? Bu nəticə “Qarabağ”ın qrupdan çıxmağına necə təsir edə bilər?

- Sıfır xaldansa, 1 xal qazanmaq yaxşıdır. Biz yaxşı komandayıq. APOEL səfərinə müsbət nəticə qazanmaq üçün gedəcəyik.




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Nikola Yurçeviç: “Bir xalla mən də xoşbəxt deyiləm“
17.11.2019
Bəhlul Mustafazadə:“Slovakiya ilə oyun bundan da çətin olacaq“
11.11.2019
“Zirə“nin qapıçısı Zoqoviç : “İlk hissədə o qədər də yaxşı mübarizə aparmadıq“
10.11.2019
Donald Gerye: “Qarabağ“da oynamaq mənə daha rahat idi“
02.11.2019
Zubir: “O vaxt Mbappe bizimlə şəkil çəkdirmək istəyirdi, indi biz onunla“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info