Boks millimizin başına Kubalı məşqçi gəldi
Tarix: 28.10.2019 | Saat: 17:02:00 | Oxunub: 814 | E-mail | Çapa göndər
Kişi boksçulardan ibarət Azərbaycan yığmasında yeni baş məşqçi təyinatı rəsmiləşib.

Futbolmedia.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, milli komanda kubalı Umberto Orta Dominqezə həvalə edilib. 53 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu postda baş məşqçi vəzifəsini icra edən Nəriman Abdullayevi əvəzləyib.

London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarında Kubanı təmsil edən 10 boksçudan 9-u müxtəlif yaş qruplarında U. Ortanın rəhbərliyi altında çalışıblar. 2016-cı ilin oktyabrında mütəxəssis Rusiya yığmasına məşqçi təyin olunub. O, 1 il burda işlədikdən sonra qonşu ölkədə fəaliyyətini klubda davam etdirib.

Nəriman Abdullayev isə əvvəlki kimi, yenə böyük məşqçi funksiyasını yerinə yetirəcək.




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Həbib Nurməhəmmədovun növbəti rəqibi Toni Ferqyuson olacaq?
13.10.2019
Joze Alesio: “30 illik karyeramda ilk dəfə bu cür halla rastlaşırdım”
08.10.2019
Makqreqor Həbib Nurməhəmmədovu Moskvada döyüşməyə çağırdı
07.10.2019
Rafael Ağayevdən daha bir qızıl
03.10.2019
Voleybol millimizin rəqibləri müəyyənləşdi

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info