Dani Kintana: “Məncə, bəxtimiz gətirmədi“
Tarix: 25.10.2019 | Saat: 11:01:00 | Oxunub: 942 | E-mail | Çapa göndər
“Məncə, bəxtimiz gətirmədi. Epizodlara baxsaq, görərik ki, rəqibdən daha üstün idik. Təbii ki, bizim səhvlərimiz də oldu. Ümumi götürsək, yenə deyirəm, bəxt çatışmazlığı oldu”.

Futbolmedia.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Dani Kintana Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə APOEL-lə heç-heçə etdikləri oyundan (2:2) sonra jurnalistlərə açıqlamasında deyib.

O, qol buraxdıqdan sonra əhvallarının korlandığını söyləyib: “Qol buraxandan sonra bu, istər-istəməz əhvalımıza təsir etdi. Düşünürəm ki, ilk hissəni də pis keçirmədik. Fasilədə baş məşqçi bizə eyni tərzdə oynamağa davam etməli olduğumuzu söylədi.Başqa qeyri-adi nəsə demədi. Sadəcə, oynadığımız oyun tərzinə sadiq olmağımızı istədi”.

Oyunda ilk qolu vuran 32 yaşlı yarımmüdafiəçi nəticədən razı qalmadıqlarını bildirib: “Təbii ki, nəticədən razı qala bilmərik. Hadisələrin necə inkişaf etdiyini nəzərə alsaq, bəlkə də, nəsə deyə bilərik. Amma cavab matçı da var. Kiprə qalib ruhu ilə yollanmalıyıq ki, müsbət nəticə ilə dönək”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Maksim Medvedev neçə müddət oynamayacaq - son durum
19.11.2019
Bəhlul Mustafazadə:“Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdır” -
17.11.2019
Ramil Şeydayev: “İtirəcəyimiz bir şey yoxdur“
14.11.2019
UEFA “Qarabağ“a pul ödədi
10.11.2019
“Qarabağ“ “Zirə“yə qarşı - Yenilənir

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info