Riçard Almeyda: “Sizcə, ədalətli nəticə idi?“
Tarix: 25.10.2019 | Saat: 09:45:00 | Oxunub: 912 | E-mail | Çapa göndər
"Qarabağ"ın futbolçusu Riçard Almeyda Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə APOEL-lə 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolmedia.az-ın məlumatına görə, o, əvvəlcə oyun barədə danışıb.

- Oyundan məmnun qaldınızmı?

- Ümumilikdə oyun barədə fikirlərim pozitivdir. Həftəboyu məşqlərdə nələrin üzərində çalışmışdıqsa, bu gün meydanda onu reallaşdırmağa çalışdıq. Əgər məğlub oluruqsa, heç-heçə ediriksə və ya qələbə qazanırıqsa, bunu hamılıqla edirik. Səhvlər də qaçılmazdır. Bu gün gözəl oyun sərgilədik, çoxlu qol vəziyyəti yaratdıq. Kiprdə qələbə qazanmaq üçün burdakından üç dəfə yaxşı oynamalıyıq.

- "Qarabağ"ın heyətində meydanda ikinci ən yaşlı oyunçu olsanız da, 90 dəqiqə dayanmadan mübarizə apardınız...

- Yaş kağız üzərində olur. Əgər düzgün qidalanıb, orqanizmini qoruyursansa, peşəkar futbolçuya xas olan bütün işləri görürsənsə və mükəmməl ailən varsa, yaş önəmli olmur.

- Necə düşünürsünüz, nəticə oyuna görə oldu?

- Mən də sizdən soruşmaq istərdim. Sizcə, ədalətli nəticə idi?

- APOEL-in baş məşqçisi Tomas Doll matçdan əvvəl demişdi ki, burdan gülərək gedən mən olacağam. Sizcə, onlar gülərək gedirlər, yoxsa təəssüf hissi ilə?

- Mənə elə gəlir ki, bəxtləri gətirdiyi üçün gülərək getməlidirlər. Amma yenə də xalsız qalmaqdansa, 1 xal da qənimətdir. Başımızı yuxarı qaldırmalıyıq. Bayaq da dediyim kimi, Kiprdə xal və ya xallar qazanmaq üçün bundan yaxşı çıxış etməliyik. İrəli baxmalıyıq. Dörd gün sonra çempionatda "Səbail"ə qarşı oyunumuz var. Həyat davam edir.

- Çempionatdan söz düşmüşkən, avrokubokda 30 min, çempionatda isə 300-500 azarkeşin qarşısında oynamaq çıxışınıza nə dərəcədə təsir edir?

- Fərq eləmir. Əgər meydana çıxırsansa, tribunada 10 və ya 40 nəfərin olmasının heç bir önəmi yoxdur. Qarşındakı rəqibin "Sevilya", APOEL və ya "Səbail"in olmasının da fərqi yoxdur. "Qarabağ" olaraq, hər zaman qələbə barədə düşünmüşük. 6 ildir ancaq inkişafı düşünərək, bu səviyyəyə gəlmişik. Bundan sonra da belə olacaq.




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Nikola Yurçeviç: “Bir xalla mən də xoşbəxt deyiləm“
17.11.2019
Bəhlul Mustafazadə:“Slovakiya ilə oyun bundan da çətin olacaq“
11.11.2019
“Zirə“nin qapıçısı Zoqoviç : “İlk hissədə o qədər də yaxşı mübarizə aparmadıq“
10.11.2019
Donald Gerye: “Qarabağ“da oynamaq mənə daha rahat idi“
02.11.2019
Zubir: “O vaxt Mbappe bizimlə şəkil çəkdirmək istəyirdi, indi biz onunla“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info