Bəhlul Mustafazadə: “Top yüz faiz əlimə dəyməmişdi“
Tarix: 14.10.2019 | Saat: 14:00:00 | Oxunub: 922 | E-mail | Çapa göndər
Millimizin Avro-2020-nin seçmə mərhələsində Macarıstana 0:1 hesabı ilə uduzduğu görüşdə vurduğu təmiz qolu sayılmayan Bəhlul Mustafazadənin müsahibəsi.

- Matçı necə dəyərləndirirsiniz?

- Oyun gözlədiyimiz kimi çətin keçdi. Rəqibin təzyiq edəcəyini bilirdik. Çünki onlara da xal lazım idi. Qrupdan çıxmağa namizəd komanda kimi mütləq qələbə qazanamlıydılar. Biz də vuruşduq, əlimizdən gələni etdik. Nəticə belə alındı.

- Qarşılaşmanın 90+4-cü dəqiqəsində sayılmayan qolunuz barədə nə deyə bilərsiniz?

- Həmin epizodda top əlimə dəyməmişdi. Qol ləğv ediləndə, elə bildim ofsayddır. Ancaq sonra gördüm ki, əl ilə oyun qeydə alıb. Baş hakimin səhvə yol verdiyini bilirdim. Amma əlimizdən bir şey gəlmirdi. Referi artıq qərarını vermişdi. Toparlanmaq lazım idi. Top 100 faiz əlimə dəyməmişdi. Qol sayılmadığı üçün təəssüf edirəm. Heç-heçə ola bilərdi.

- Gənc futbolçu kimi qolun sayılmaması psixoloji cəhətdən mənfi təsir edə bilər?

- Xeyr. Bunlara öyrəşməliyik. Futboldur, belə şeylər olur. Edə biləcəyimiz bir şey yoxdur. Gələn oyunlarda müsbət nəticə qazanmaq lazımdır.

- Əsas milliyə yeni cəlb edilsəniz də, son matçlarda komandada uzun müddət olan biri kimi çıxış edirsiniz. Bunun sirri nədədir?

- U-15-dən bəri bütün milli komandalarda oynamışam. Ona görə də qeyri-adi, ciddi bir şey olduğunu düşünmürəm. Davamlı beynəlxalq matçlarda iştirak etdiyim üçün çətinlik hiss etmirəm.




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Nikola Yurçeviç: “Bir xalla mən də xoşbəxt deyiləm“
17.11.2019
Bəhlul Mustafazadə:“Slovakiya ilə oyun bundan da çətin olacaq“
11.11.2019
“Zirə“nin qapıçısı Zoqoviç : “İlk hissədə o qədər də yaxşı mübarizə aparmadıq“
10.11.2019
Donald Gerye: “Qarabağ“da oynamaq mənə daha rahat idi“
02.11.2019
Zubir: “O vaxt Mbappe bizimlə şəkil çəkdirmək istəyirdi, indi biz onunla“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info