Güləşçilərimizdən gümüş və bürünc medal - “Minsk-2019“
Tarix: 30.06.2019 | Saat: 16:22:00 | Oxunub: 3523 | E-mail | Çapa göndər

Bu gün Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarına yekun vurulacaq.

Futbolmedia.az xəbər verir ki, son yarış günündə 2 güləşçimiz döşək üzərinə çıxıb. 87 kq çəkidə mübarizə aparan İslam Abbasov finalda ukraynalı Yan Belenyukla üz-üzə gəlib. 1:3 hesabı ilə uduzan pəhləvanımız gümüş medalla kifayətlənib.

130 kiloda yarışan Sabah Şəriəti isə ilk təsəlliverici görüşdə litvalı Romas Fridrikası üstələyib - 3:1. Onun bürünc medal uğrunda sonuncu rəqibi Oskar Marvik (Norveç) olub. 3:2 hesablı qələbə qazanan güləşçimiz bürünc medala sahib çıxıb.

Bununla da güləş üzrə yığmamızın Avropa oyunlarında qazandığı medalların sayı 10-a çatıb. Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Mariya Stadnik (50 kq) qızıl, Nurməhəmməd Hacıyev (97 kq), Elmira Qəmbərova (62 kq), İslam Abbasov (87 kq) gümüş, Hacımurad Hacıyev (74 kq), Cəmaləddin Məhəmmədov (125 kq), Alena Kolesnik (57 kq) və Sabah Şəriəti (130 kq) bürünc medal qazanıblar.




 
Bölməyə aid digər xəbərlər
09.04.2021
Markus Reşford “Mançester Yunayted”in sabiq futbolçusu Ronaldonun rekordunu təkrarladı
29.10.2020
“Barselona“ “Yuventus“u uddu, “Çelsi“ və “Yunayted“dən darmadağın - Yenilənib
03.01.2020
“Real“ “Vulverhempton“unn futbolçusuna göz dikdi
25.12.2019
Halk Çİn klubunu “Espanyol“a dəyişə bilər
30.06.2019
Bu gün hansı idmançılarımız yarışacaq - Avropa Oyunları

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info