Bu gün hansı idmançılarımız yarışacaq - Avropa Oyunları
Tarix: 30.06.2019 | Saat: 14:00:00 | Oxunub: 859 | E-mail | Çapa göndər
Bu gün Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına yekun vurulacaq.

Futbolmedia.az xəbər verir ki, son yarış günündə Azərbaycan dörd idman növündə təmsil olunacaq.

Yunan-Roma güləşində 87 kq çəki dərəcəsində İslam Abbasov qııl medal uğrunda mübarizə aparacaq. Onun həlledici qarşılaşmadakı rəqibi ukraynalı Yan Belenyukdur.

130 kq-da isə Sabah Şəriəti bürünc medal uğrunda təsəlliverici görüşlərdə qüvvəsini sınayacaq. Onun ilk rəqibi Romas Fridrikas olacaq. Görüşlər Bakı vaxtı ilə 14:00-dan etibarən başlayacaq.

Bu gün daha 4 karateçimiz mübarizəyə qoşulacaq. Əsas medal ümidlərimizdən 75 kq çəki dərəcəsində 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev B qrupunda Co Kellavey (Böyük Britaniya), Erman Erdemir (Türkiyə) və Qabor Harspataki (Macarıstan) ilə mübarizə aparacaq.

Eyni zamanda Bakı vaxtı ilə saat 21:00-da Oyunların bağlanış mərasimi keçiriləcək. Mərasimdə bütün 50 iştirakçı ölkənin paradı da olacaq.


30 iyun

Yunan-Roma güləşi

14:20. 130 kq, təsəlliverici qarşılaşma
Sabah Şəriəti – Romas Fridrikas (Litva)

14:40. 87 kq, final
İslam Abbasov – Jan Belenyuk (Ukrayna)

Velosiped idmanı

Kişilər
10:00. Şosse, keyrin, ilkin yürüş
Sergey Omelçenko

İdman gimnastikası

14:28. Qadınlar, dayaqla tullanma
Marina Nekrasova

Karate

10:14. Qadınlar, 50 kq, A qrupu
Nuranə Əliyeva – Serap Arapoglu Özçelik (Türkiyə)

10:42. Qadınlar, 50 kq, A qrupu
Nuranə Əliyeva – Şara Hubriş (Almaniya)

11:10. Qadınlar, 50 kq, A qrupu
Nuranə Əliyeva – Mariya Kulinkoviç (Belarus)

11:51. Kişilər, 60 kq, B qrupu
Firdovsi Fərzəliyev – İlya Bulatov (Belarus)

12:12. Kişilər, 60 kq, B qrupu
Firdovsi Fərzəliyev – Emil Pavlov (Makedoniya)

12:47. Kişilər, 60 kq, B qrupu
Firdovsi Fərzəliyev – Ancelo Kreszento (İtaliya)

13:07. Kişilər, 67 kq, A qrupu
Rafiz Həsənov – İv Martial Tadissi (Macarıstan)

13:39. Kişilər, 67 kq, A qrupu
Rafiz Həsənov – Artyom Kravtsov (Belarus)

13:56. Kişilər, 67 kq, A qrupu
Rafiz Həsənov – Stefan Pokorni (Avstriya)

13:14. Kişilər, 75 kq, B qrupu
Rafael Ağayev – Co Kellavey (Böyük Britaniya)

13:49. Kişilər, 75 kq, B qrupu
Rafael Ağayev – Erman Erdemir (Türkiyə)

14:17. Kişilər, 75 kq, B qrupu
Rafael Ağayev – Qabor Harspataki (Macarıstan)

Qeyd edək ki, hazırda Azərbaycan ümumi sıralamada 5 qızıl, 7 gümüş, 12 bürünc medalla 9-cu pillədə qərarlaşıb.




 
Bölməyə aid digər xəbərlər
30.06.2019
Güləşçilərimizdən gümüş və bürünc medal - “Minsk-2019“
29.06.2019
Karateçimiz yarımfinalda - Avropa Oyunları
29.06.2019
Boksçumuz final görüşünə çıxır – Olimpiya Oyunları
29.06.2019
Bu gün yarışa çıxacaq idmançılarımız - Avropa Oyunları
22.05.2019
Dortmund klubu “Bayer“in futbolçusunu transfer etdi

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info