FİFA hakimi Yusif Nurullayevi vuran Aqşin Ömərova 2 illik cəza verildi
Tarix: 10.01.2018 | Saat: 16:43:00 | Oxunub: 872 | E-mail | Çapa göndər
Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində mübarizə aparan “Baku Fans” klubunun üzvü Aqşin Ömərov 2 illik cəzaya məruz qalıb.

Futbolmedia.az-ın məlumatına görə, bu haqda AFFA İntizam Komitəsi bugünkü iclasında qərar verib.

ADBTİA ilə matçın 20-ci dəqiqəsində qırmızı vərəqə alan Ömərov meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurub. Nəticədə hakim ciddi xəsarət alıb. Bu səbəbdən futzalçı 2 il müddətinə futboldan kənarlaşdırıb.

Həmçinin qarşılaşma sona qədər keçirilmədiyindən, “Baku Fans”a 0:5 hesablı texniki məğlubiyyət verilib.




 
Bölməyə aid digər xəbərlər
15.01.2018
Uqo Barqas:“Neftçi“dən ayrılmağın çətin oldu“
15.01.2018
“Səbail“ yoxlama oyununda “Xəzər“ə qalib gəldi
15.01.2018
“Neftçi”nin Antalyadakı oyununun vaxtı məlum oldu
14.01.2018
“Kəpəz“in legioner qapıçısına daha iki klubdan təklif gəlib
14.01.2018
Nikolas Kanales yeni iş yeri Çili klubu oldu

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info