Dino Ndlovu: “Qarabağ“da karyeramın unudulmaz anlarını yaşadım“
Tarix: 10.01.2018 | Saat: 10:18:00 | Oxunub: 1098 | E-mail | Çapa göndər

"Karyeramı "Qarabağ"da bitirəcəyimi düşünürdüm. Ancaq bu, arzu idi. Hər kəsə təşəkkür edirəm. Bu klubda çox yaxşı 18 ay keçirdim, komanda ilə tarix yazdım. Karyeramın unudulmaz anları idi. Məşqçilərə, komanda yoldaşlarıma minnətdaram. Azərbaycanda çoxlu yaxşı insan tanıdım".

Futbolmedia.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"dan “Xançjou Qrintaun”a transfer olunan Dino Ndlovu sosial şəbəkədə yazıb.

O, karyerasında ən çətin qərarlardan birini verdiyini bildirib: "Qanım "Qarabağ"ı sevən və onun uğrunda həyatını itirən insanlarla axacaq. Yenidən görüşənədək. Sizi sevirəm".

Qeyd edək ki, D.Ndlovu Çin təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. Bu transfer üçün “Xançjou Qrintaun”ın 750 min avro ödədiyi bildirilir.




 
Bölməyə aid digər xəbərlər
15.01.2018
“Qarabağ“ın “Kuban“la ilk oyununun vaxtı məlum oldu
14.01.2018
Muarem Muarem “Qarabağ“ın düşərgəsinə gəldi
13.01.2018
“Sumqayıt“ hazırlıqlara fasiləsiz davam edir
13.01.2018
“Kəpəz”in futbolçusu:“Heç kim arxayınlaşmamalıdır ki“
12.01.2018
Ayxan Abbasovun daha bir köməkçisi məlum oldu

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info