Araz Abdullayev: “əsas məsələ komandamızın qalibiyyətidir “
Tarix: 08.01.2018 | Saat: 17:28:00 | Oxunub: 1034 | E-mail | Çapa göndər
Kipr çempionatının 19-cu turunda milli komandamızın üzvü Araz Abdullayevin forma geydiyi "Anortosis" AEK-lə qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib.

Futbolmedia.az xəbər verir ki, Abdullayev vacib matçda iki məhsuldar ötürmə ilə yadda qalıb. 25 yaşlı yarımmüdafiəçi qarşılaşmadan sonra Kipr mətbuatına açıqlama verib:

"Böyük oyunda qalib gəldiyimiz üçün sevinirik. Hər iki komanda yaxşı oyun sərgilədi. Qələbəni biz daha çox arzulayırdıq. 1-ci pilləni ələ keçirmək üçün 3 xala ehtiyacımız var idi. Azarkeşlərimizin möhtəşəm dəstəyi sayəsində qalib gəldik. İki məhsuldar ötürmə üçün sevincliyəm. Komandamızın qələbəsi daha vacibdir. Oyunlarımız çətin olacaq, çünki zirvədə qərarlaşan komandaya qarşı xüsusi hazırlaşırlar".

Qeyd edək ki, Araz müqavilə ilə "Qəbələ"yə məxsusdur və icarə əsasında "Anortosis"də oynayır.




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
Rəşad Sadıqovun ilk sınağı
15.01.2018
Uqo Barqas:“Neftçi“dən ayrılmağın çətin oldu“
15.01.2018
“Səbail“ yoxlama oyununda “Xəzər“ə qalib gəldi
15.01.2018
“Neftçi”nin Antalyadakı oyununun vaxtı məlum oldu
14.01.2018
“Kəpəz“in legioner qapıçısına daha iki klubdan təklif gəlib

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info