Məsut Özil “Mançester Yunayted“i seçdi
Tarix: 08.01.2018 | Saat: 11:33:00 | Oxunub: 768 | E-mail | Çapa göndər
"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonun komandada görmək istədiyi Məsut Özilin keçidi qış transfer pəncərəsində baş tuta bilər.

Futbolmedia.az-ın "ESPN.co.uk" saytına istinadən yaydığı məlumata görə, "qırmızı şeytanlar"ın rəhbərliyi portuqaliyalı mütəxəssisin istəyini müsbət cavablandırıb. Mançester klubu "Arsenal"la sözləşməsi yayda başa çatacaq alman futbolçuya görə 39 milyon avro ödəməyə hazırdır. Tərəflər ortaq məxrəcə gələ bilsələr, 29 yaşlı yarımmüdafiəçi yaxın günlərdə "Mançester Yunayted"lə müqavilə imzalayacaq.

Qeyd edək ki, Özil cari mövsüm "Arsenal"ın heyətində 18 rəsmi oyunda meydana çıxıb. 4 qol vuran futbolçu 5 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
“Barselona“ Rafinyanı satmayacaq
16.01.2018
Canlı əfsanəsi Pele ulduz futbolçularla bağlı danışdı
16.01.2018
“Real“ın ən yaxşısı Ronaldo oldu
16.01.2018
UEFA Superkubok üçün namizədlər açıqlandı
16.01.2018
“Trabzonspor“ Xose Sosanı rəsmən transfer etdi

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info