Maksim Medvedev:“ Sanki elə şey etməyə utanıram“
Tarix: 06.12.2017 | Saat: 14:27:00 | Oxunub: 788 | E-mail | Çapa göndər
"Qarabağ"ın futbolçusu Maksim Medvedev Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Roma" ilə oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolmedia.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Bizim üçün ağır oyun oldu. Çünki rəqib bütün oyunumuzu analiz etmişdi. Topla çox rəftar edə bilmədik, ona görə oyun ərzində problemlərimiz oldu. Çalışdıq ki, yaxşı oyun nümayiş etdirək. Amma əsas oyunçularımız yox idi, buna görə bir az anlaşılmazlıq olurdu. Bəzi məqamlarda top saxlamaq istəsək də, buna nail ola bilmədik. Sonda isə 1 qol buraxdıq və qol imkanlarımızdan istifadə edə bilmədik. Romadan xalsız qayıtdığımıza görə məyusuq.
- Bizim üçün ağır oyun oldu. Çünki rəqib bütün oyunumuzu analiz etmişdi. Topla çox rəftar edə bilmədik, ona görə oyun ərzində problemlərimiz oldu. Çalışdıq ki, yaxşı oyun nümayiş etdirək. Amma əsas oyunçularımız yox idi, buna görə bir az anlaşılmazlıq olurdu. Bəzi məqamlarda top saxlamaq istəsək də, buna nail ola bilmədik. Sonda isə 1 qol buraxdıq və qol imkanlarımızdan istifadə edə bilmədik. Romadan xalsız qayıtdığımıza görə məyusuq.

- Çempionlar Liqası geridə qaldı. Komandanın turnirdəki iştirakını necə dəyərləndirirsən?

- Çox adam bizdən heç nə gözləmirdi. Amma hiss olunurdu ki, komandada oyundan-oyuna irəliləyiş var. "Atletiko"dan iki xal aldıq və bu bizim üçün əla nəticədir. Bizim üçün böyük təcrübə oldu. Gələcəkdə yenidən bu turnirdə iştirak etməyə çalışacağıq. İnşallah, növbəti dəfə daha yaxşı komandalarla eyni qrupa düşəcəyik və öz sözümüzü deməyə nail olacağıq.

- 6 oyunu səciyyələndirsək, ən zəif və ən güclü oyununuz hansıdır?

- Ən zəif oyunumuzu səfərdə "Çelsi"yə qarşı oynadıq. Çünki ilk oyun idi, təcrübə yox idi. Stress və təzyiqin olması bizə imkan vermədi ki, yaxşı futbol nümayiş etdirək. Ən yaxşı oyunumuzu isə səfərdə "Atletiko"ya qarşı keçirdik, qol vura bildik.

- 3 böyük klubun stadionunda oynadınız. Hansı klubun stadionu sizin üçün rahat idi?

- Əlbəttə ki, öz stadionumuz. Həqiqətən də Bakıda atmosfer əla idi. Bundan başqa, "Atletiko"nun stadionu xoşuma gəldi. Yeni stadion idi və orada hava çox yaxşı idi.

- Qara Qarayev formasını De Rossi ilə dəyişdi. Bəs sən?

- Belə deyim, hələ ki, heç kimlə forma dəyişməmişəm. Sanki elə şey etməyə utanıram. Məndə o həvəs yoxdur.

- Bəs həmin formaları nə edirsən?

- Fikirləşirəm ki, formaları azarkeşlərə, qarabağlılara versəm, daha yaxşı olar. Çünki heç özümdə də saxlamıram. Çalışıram ki, azarkeşlərə verim, onların motivasiyası olsun və gələn oyunlarımıza da gəlsinlər.




 
Bölməyə aid digər xəbərlər
16.12.2017
Qurban Qurbanov:“Özümdə də belə hallar olub“
16.12.2017
Amil Yunanov:“İnanıram ki, “Keşlə”ni də keçib, final oynayarıq“
15.12.2017
Ruslan Abışov:“Əsas olan mərhələni keçmək idi“
15.12.2017
Tərlan Əhmədov:“Son oyunlarda Allaha yalvarıram ki...“
15.12.2017
Meza Kolli :“Rəqibin kimliyi önəmli deyil“

Şərh əlavə olunmayıb

Facebook-da
17.12
09:14
PSJ qalib gəldi
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info