Əfran İsmayılov:“ itkilərə baxmayaraq, istədiyimiz oyunu göstərdik“
Tarix: 06.12.2017 | Saat: 11:10:00 | Oxunub: 1131 | E-mail | Çapa göndər
“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Roma”ya 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolmedia.az-ın məlumatına görə, o, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.


- Bizim itiriləsi bir şeyimiz yox idi. Amma “Roma” üçün vacib oyun idi. Matça ciddi hazırlaşmışdıq. Çempionlar Liqasında son oyunumuz olduğundan yaxşı nəticə qazanmaq istəyirdik. Uduzmağımıza baxmayaraq, pis mübarizə aparmadıq. Amma “Roma” “Roma”dır. Elə futbolçular var ki, hər bir şansdan maksimum yararlanırlar. Bu gün onlar da ən xırda imkandan istifadə edib, qol vurdular. Ümumi götürsək, yaxşı oyun alındı. Artıq bunu unutmaq lazımdır. Çempionlar Liqası bitdi. Yenidən Premyer Liqada çempion olub, bu turnirin qrup mərhələsinə düşmək lazımdır.

- Ümumiyyətlə, ilk dəfə mübarizə apardığınız turnirdəki çıxışınızı necə dəyərləndirirsən?

- Yaxşı hesab etmək olar. Dünyanın top komandalarını Bakıya gətirdik. Həqiqətən Azərbaycan futbolu üçün böyük bir şeydir. “Atletiko”dan 2 xal götürdük. Ümumiyyətlə, hər bir komandadan xal almaq istəyirdik. Sadəcə, bəzi şanssızlıqlarımız oldu. Bununla belə, Çempionlar Liqasına alışmağa başlayırıq. “Roma” ilə hər iki matçda yaxşı oyun sərgilədik. Sadəcə, əllərinə düşən imkanlardan yaxşı istifadə etdilər və qələbə qazandılar.

- Qırmızı vərəqələr və zədələr olmasaydı, “Qarabağ”ı fərqli yerdə görə bilərdikmi?

- Heyətlə bağlı preoblemlərimiz oldu. Buna baxmayaraq, baş məşqçi hər dəfə meydana ideal heyəti buraxmağa çalışırdı. Bunu da bacarırdı. Gördüyünüz kimi, komanda heç bir oyunda pis təsir bağışlamadı. Əsas odur ki, itkilərə baxmayaraq, istədiyimiz oyunu göstərdik.

- Çempionlar Liqasında son oyununuz idi. Rəqib komandadan hansı futbolçu ilə formanı dəyişdirdin?

- Heç kimlə.

- Niyə? Özün istəmədin?

- Belə şeylər mənə maraqlı deyil. Ona görə forma dəyişmirəm. Xorvatiya ilə oyundakı formaları Prosineçki vermişdi, mən götürməmişdim.




 
Bölməyə aid digər xəbərlər
16.12.2017
“Sumqayıt“ın məşqçisi:“Biz də əlimizi aşağı salmayacağıq“
15.12.2017
17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin heyəti açıqlandı
15.12.2017
“Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşdi
14.12.2017
Dino Ndlovu Çin klubuna keçə bilər
14.12.2017
Rauf Əliyev qolları sıralamaqda davam edir

Şərh əlavə olunmayıb

Facebook-da
17.12
09:14
PSJ qalib gəldi
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info