Qurban Qurbanov: “ Mahirlə Dino çox güc sərf etmişdi “
Tarix: 06.12.2017 | Saat: 09:20:00 | Oxunub: 1160 | E-mail | Çapa göndər
UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilən «Roma» - «Qarabağ» matçından sonra «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolmedia.az-ın məlumatına görə, təcrübəli mütəxəssis ilk öncə görüşlə bağlı fikirlərini açıqlayıb:

- Futbolçularımı təbrik edirəm. İstərdik ki, məğlub olmayaq. Amma 1 qol oyunun taleyini həll etdi.

- Qrup mərhələsindəki çıxışınızdan razı qaldınız?

- «Çelsi» ilə ilk oyunu nəzərə almasaq, komandanın çıxışından razı qaldım. Bəzi oyunlarda daha yaxşı nəticə göstərə bilərdik. Bəzi məqamlarda alınan qırmızı kartlar olmasaydı, daha çox xal toplaya bilərdik. Həm də təcrübə öz sözünü dedi.

- Ramil Şeydayev və Ağabala Ramazanovu oyuna buraxmağınızı onlara da şans vermək kimi qəbul edək, yoxsa oyunun gedişini dəyişmək?

- Hər ikisini oyunun gedişini dəyişmək üçün meydana buraxdım. Mahirlə Dino çox güc sərf etmişdi və oyunda sürəti artırmaq üçün onları əvəzlədim.

- Komandanın 3 oyunda qırmızı vərəqə almasaydı, qrupdakı mövqeyi fərqli ola bilərdimi?

- Bizim kimi komandada nə qədər çox futbolçu olsa, variantlarımız, xal toplamaq imkanlarımız da çox olacaqdı.

- Rəşad Sadıqov, Bədavi Hüseynov və Ansi Aqollinin yoxluğunda müdafiə xəttinin çıxışı sizi razı saldımı?

- Müdafiədə diqqətli oynadılar. Futbolçuların, əsas da müdafiəçilərin çıxışından razı qaldım. Sadəcə, onlar bəzi epizodlarda hücuma qoşulmaq sarıdan problem yaşadı.




 
Bölməyə aid digər xəbərlər
16.12.2017
Qurban Qurbanov:“Özümdə də belə hallar olub“
16.12.2017
Amil Yunanov:“İnanıram ki, “Keşlə”ni də keçib, final oynayarıq“
15.12.2017
Ruslan Abışov:“Əsas olan mərhələni keçmək idi“
15.12.2017
Tərlan Əhmədov:“Son oyunlarda Allaha yalvarıram ki...“
15.12.2017
Meza Kolli :“Rəqibin kimliyi önəmli deyil“

Şərh əlavə olunmayıb

Facebook-da
17.12
09:14
PSJ qalib gəldi
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info