Rəşad Sadıqov: “Ancaq bizim futbolun gənc olduğunu unutmamalıyıq“
Tarix: 05.12.2017 | Saat: 13:17:00 | Oxunub: 1053 | E-mail | Çapa göndər
“Hər bir Avropa ölkəsi Çempionlar Liqasının qrup mərhələsində təmsilçisinin olmasını istəyir. Bu, futbolun inkişafına böyük təkan verir. Bizim qrupa düşməyimizi futbolçuların, azarkeşlərin və bütün xalqımızın necə qarşıladığını hər kəs gördü. Azərbaycanda futbola sevgi beşqat artıb. Uşaqlar, qadınlar, yaşlı nəsil - hamı bizim oyunlarımızı müzakirə edirlər. Bu, irəliyə atılmış əhəmiyyətli addımdır. Biz son 8-9 ildə planlı şəkildə işləyirdik və ÇL-in qrupuna düşmək əsas hədəfimiz idi”.

Futbolmedia.az-ın bu sözləri "Qarabağ"ın kapitanı Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Roma" ilə oyun öncəi UEFA-nın saytına deyib.

O bildirib ki, son 10-15 ildə Azərbaycanda idmana və futbola dövlət tərəfindən böyük diqqət göstərilir, böyük məbləğdə vəsait ayrılır: "Son vaxtlarda ümidləri doğrultmağı bacarırıq. Avropa Liqasının və Çempionlar Liqasının qrupuna düşürük, millimiz əvvəlki dövrələrlə müqayisədə daha çox xal toplayır. Bəli, ola bilər ki, avrokuboklarda böyük nəticələr əldə etməmişik və yığmamız dünya və Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmayıb, ancaq bizim futbolun gənc olduğunu unutmamalıyıq. Bu amili nəzərə alsaq, bizim çıxışımız layiqlidir. Biz öz oyunumuz və əldə etdiyimiz nəticələrlə dəstəyin qarşılığını vermək istəyirik”.




 
Bölməyə aid digər xəbərlər
16.12.2017
“Keşlə”nin qış hazırlıq planı bəlli olub
16.12.2017
“Neftçi” legioner futbolçulardan biri ilə yollarını ayırdı
16.12.2017
“Səbail” qış fasiləsində 3 legionerlə yollarını ayıracaq
15.12.2017
Rəşad Sadıqov canlı əfsanə Totti ilə görüşdü
14.12.2017
Yunis Hüseynov:“Ona görə də bu gün uduzduq“

Şərh əlavə olunmayıb

Facebook-da
17.12
09:14
PSJ qalib gəldi
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info