De Rossi:“Qarabağ“ “Atletiko“dan xallar almağı bacarıb“
Tarix: 05.12.2017 | Saat: 08:48:00 | Oxunub: 1209 | E-mail | Çapa göndər

"Qarabağ”la oyuna bütün vacib matçlara olduğu kimi hazırlaşırıq. Bu, derbilərdən - "Yuventus", "Milan"a qarşı görüşlərdən heç nə ilə fərqlənmir".

Futbolmedia.az
-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Roma"nın futbolçusu Daniele De Rossi Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

"Taktiki cəhətdən yaxşı oynamılıyıq. Qalib gəlməliyik. Bu mövsüm bütün matçlara belə yanaşmışıq və bu, bizdə özünəinam hissi yaradıb" - deyə o bildirib.


De Rossi söyləyib ki, heç vaxt ÇL-də belə güclü rəqiblərlə qarşılaşmayıblar: "Biz dəfələrlə qrup mərhələsini keçmişik. Amma heç vaxt belə güclü rəqiblərlə qarşılaşmamışıq. "Qarabağ" "Atletiko"dan xallar almağı bacarıb, "Çelsi"yə əməlli-başlı problem yaradıb. İlk növbədə, diqqətimizi bu mərhələni keçməyə yönəldək. Bundan sonra Çempionlar Liqasında mənim üçün ən gözəl gecələrdən birini yaşayaq".

Qeyd edək ki, "Roma" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.




 
Bölməyə aid digər xəbərlər
17.12.2017
PSJ qalib gəldi
16.12.2017
İnyesta Çindən gələn təklifə yox dedi
16.12.2017
“Lill”in baş məşqçisi istefa verdi
15.12.2017
Dieqo Maradona Kriştiano Ronaldonu tənqid etdi
15.12.2017
“Mançester Siti“nin baş məşqçisi Pep Qvardiola ən yaxşı oldu

Şərh əlavə olunmayıb

Facebook-da
17.12
09:14
PSJ qalib gəldi
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info