Qurban Qurbanov: “Amma bəzi problemlər olmasaydı...“
Tarix: 04.12.2017 | Saat: 22:36:00 | Oxunub: 999 | E-mail | Çapa göndər
"Son oyunu keçirəcəyik. Nəticədən razı qala bilmərik. Amma böyük faydası oldu, təcrübə topladıq. Ola bilsin, "Roma"nın şansı bu oyundan asılı olsun. Amma futbolçularım özlərini göstərmək üçün bu, böyük imkan olacaq".

Futbolmedia.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Roma" ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Hansı baş məşqçi sizdə xoş təsir bağışladı, Konte yoxsa Di Françesko?

- Hər ikisi barədə xoş söz deyə bilərəm. Amma hərəsi öz oyun üslubu var. Onları bir-birindən ayırmazdım. "Çelsi"nin qapısından 2 oyuna 6 qol keçirmək asan deyil. Ona görə də bizi necə rəqibin gözlədiyini bilirik.

- "Qarabağ" sabah meydana nə üçün çıxacaq?

- Bu, son böyük oyundur. Hər bir matç bizə böyük təcrübə, inam verir. Sabah daha yaxşı oyun göstərəcəklər. Təzyiq altda yox, rahat oynamağa çalışacağıq.

- Amma böyük oyuna ciddi itkilərlə çıxacaqsınız...

- Belə bir görüşdə 3 əsas müdafiəçimizin olmaması böyük problemdir. Amma çempionat ərzində rotasiya etmişik. Pedro Enrike də oynamayacaq. Amma ən yaxşı oyununu sərgiləyəcəklərinə inanıram.

- Sizcə, bundan çox xal toplamaq olardı?

- Real baxmalıyıq. Qrupa düşəndə hamının fikri ola bilər ki, 0 xalımız olsun idi. Amma "Atletiko"dan 2 xal götürdük. Qazancımız belə ölkələrin Bakıya gəlməsi idi. Uduşlarımız çoxdur. Həm "Qarabağ", həm də Azərbaycan futbolu böyük təcrübə qazandı. Razıyam. Amma bəzi problemlər olmasaydı, daha böyük nəticələr göstərə bilərdik.

- "Roma" ilə oyunda şanssız məğlubiyyət aldınız. Bakıdakı matçdan sonra komandada nələr dəyişdi?

- Əlbəttə, rəqibin gücünü daha yaxından tanıdıq. İlk 20 dəqiqəni çıxsaq, yaxşı oynadıq. Komandada özünəinam yarandı. Futbolçularda özünəinamın çoxalması və meydanda ortaya qoymaları çox vacibdir. İlk oyunla müqayisədə bu gün futbolçularım özlərini daha inamlı hiss edirlər.

- Millidə vəzifənizin icrasına başlamısınız. Yoxlama oyunları üçün rəqiblərinizi və köməkçilərinizi müəyyənləşdirmisiniz?

- Milli barədə çox məlumat vermək istəmirəm. Yanvarda ilk oyunumuz olacaq. Rəqib axtarırıq. Bu yaxınlarda açıqlama veriləcək. Az da olsa, hazırda vaxt ayırıram.




 
Bölməyə aid digər xəbərlər
16.12.2017
Qurban Qurbanov:“Özümdə də belə hallar olub“
16.12.2017
Amil Yunanov:“İnanıram ki, “Keşlə”ni də keçib, final oynayarıq“
15.12.2017
Ruslan Abışov:“Əsas olan mərhələni keçmək idi“
15.12.2017
Tərlan Əhmədov:“Son oyunlarda Allaha yalvarıram ki...“
15.12.2017
Meza Kolli :“Rəqibin kimliyi önəmli deyil“

Şərh əlavə olunmayıb

Facebook-da
17.12
09:14
PSJ qalib gəldi
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info