Denis Silva:“Həmin oyun haqda ümumi söhbətmiz olub“
Tarix: 04.12.2017 | Saat: 17:21:00 | Oxunub: 980 | E-mail | Çapa göndər
“Keşlə”nin müdafiəçisi Denis Silva Topaz Premyer Liqasının XIV turunda “Qəbələ”yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Futbolmedia.az-ın məlumatına görə, görüşlə bağlı fikirlərini açıqlayan braziliyalı futbolçu komanda ətrafında gəzən söz-söhbətlərə də münasibət bildirib.
- Əvvəlcə oyunla bağlı fikirlərini bilmək istərdik...

- Komanda çox pis vəziyyətdədir. Ona görə də meydana qələbə qazanmaq üçün çıxmışdıq. Son oyunları uduzduğumuzdan, Qəbələyə 3 xal dalınca gəlmişdik. Çünki buna ehtiyacımız var. Hər oyunda kifayət qədər imkanlarımız olur. Amma qol vura bilmirik. Səbəbini özümüz də bilmirik. “Qəbələ” ilə oyunda da 3 real qol şansımız oldu. Yenə dəyərləndirə bilmədik. Yəqin ki, gələn il hər şey qaydasına düşər. İndiki vəziyyəti isə heç cür izah edə bilmirəm. Çox qəliz vəziyyət yaranıb.

- Nizami Hacıyevlə Mirhüseyn Seyidovun məsələsi barədə nə deyə bilərsən?

- Onlar bizim dostlarımızdır. Mən bu barədə heç nə deyə bilmərəm. Çünki işin içində deyiləm. Nə baş verdiyindən xəbərsizəm. Onlar haqda necə pis danışa bilərəm? Klub prezidenti ilə danışdıq. Hamımız çalışırıq ki, baş verənləri komandadan uzaq tutaq. Çünki biz daha çox oyunlara köklənməliyik. Sonuncu pillədəyik. 7-8 oyundur qələbə qazana bilmirik. Lazımi qurumlar bu işlə məşğul olurlar.

- Əsas şübhələr “Neftçi” ilə oyuna görədir. Bu iki futbolçu həmin oyunla bağlı sənə nəsə deyib?

- Heç kim bu barədə mənə bir söz deməyib. Həmin oyun haqda ümumi söhbətmiz olub. Danışmışıq ki, qələbə qazanmalıyıq. Çünki xala ehtiyacımız var. Oyun uduzmaq olar. Amma ardıcıl 7-8 oyunda uduzmaq... Söz tapa bilmirəm. 10 ildir Azərbaycandayam, ilk dəfədir belə vəziyyətlə üzləşirəm. Hamımız qələbə qazanmaq istəyirik. Digər məsələlərlə müvafiq qurumlar məşğul olurlar. Nə baş verdiyini onlar deyəcəklər.

- “Keşlə”nin əsas problemi nədir?

- Dəqiq nəsə demək çətindir. Hazırda autsayderik. Futbolçular əllərindən gələni edirlər. Bəziləri zədəlidirlər. Çox çətin vəziyyətdəyik. Heç bir izah verə bilmirəm. Nəyisə dəyişməyə çalışırıq.




 
Bölməyə aid digər xəbərlər
16.12.2017
Qurban Qurbanov:“Özümdə də belə hallar olub“
16.12.2017
Amil Yunanov:“İnanıram ki, “Keşlə”ni də keçib, final oynayarıq“
15.12.2017
Ruslan Abışov:“Əsas olan mərhələni keçmək idi“
15.12.2017
Tərlan Əhmədov:“Son oyunlarda Allaha yalvarıram ki...“
15.12.2017
Meza Kolli :“Rəqibin kimliyi önəmli deyil“

Şərh əlavə olunmayıb

Facebook-da
17.12
09:14
PSJ qalib gəldi
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info