Araz Abdullayevin komandası lider oldu
Tarix: 04.12.2017 | Saat: 10:11:00 | Oxunub: 728 | E-mail | Çapa göndər
Kipr çempionatında 14-cü turun oyunları keçirilir.

Futbolmedia.az-ın məlumatına görə, millimizin üzvü Araz Abdullayevin formasını geydiyi “Anortosis” öz meydanında “Nea Salamis”i qəbul edib.

Araz 14-cü dəqiqədə Migel Palansanın əvəzinə meydana daxil olub. Matç Abdullayevin komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

90-cı dəqiqədə penaltidən vurulan qolla qələbə qazanan və xallarının sayını 30-a çatdıran “Anortosis” turnir cədvəlinin liderinə çevrilib.

Qeyd edək ki, ikinci pillədə qərarlaşan 28 xallı AEK Larnaka Arazın komandasından 1 oyun az keçirib.




 
Bölməyə aid digər xəbərlər
16.12.2017
“Sumqayıt“ın məşqçisi:“Biz də əlimizi aşağı salmayacağıq“
15.12.2017
17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin heyəti açıqlandı
15.12.2017
“Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşdi
14.12.2017
Dino Ndlovu Çin klubuna keçə bilər
14.12.2017
Rauf Əliyev qolları sıralamaqda davam edir

Şərh əlavə olunmayıb

Facebook-da
17.12
09:14
PSJ qalib gəldi
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info