Samir Əliyev: “səviyyə fərqi açıq-aşkar hiss olunurdu“
Tarix: 04.12.2017 | Saat: 08:35:00 | Oxunub: 733 | E-mail | Çapa göndər

“Öz meydanımızda ilk oyunumuz olduğu üçün qələbə qazanmaq istəyirdik. “Zirə” bizi istənilən kompenentlərdə üstələyirdi. Belə deyək, səviyyə fərqi açıq-aşkar hiss olunurdu. Hesaba baxmayaraq, rəqibdən hər cəhətdən geri qaldıq”.

Futbolmedia.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqanın 14-cü turunda "Zirə"yə uduzduqları oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

- Jaskis bu gün çox zəif oynadı. Onun komandadakı gələcək taleyi necə olacaq?

- İndi bu barədə heç nə deyə bilmərəm. Qış fasiləsində bütün qərarlarımı açıqlayacağam.

- "Səbail"i neçə futbolçu tərk edəcək?

- Gedənlər olacaq, amma bunu indi açıqlamayacağam. Qarşıdakı oyunlar var və bundan sonra gedənlərin sayını biləcəksiniz. Düzdü, heyətimizi gücləndirmək və daha səviyyəli fubolçularla gücləndirmək üçün çalışırıq.

- Komanda gözlədiyiniz yerdədir?

- Bu barədə heç düşünməmişdik. Kimləri heyətə cəlb edə bilirdiksə, etdik. Məqsədimiz qapazaltı olmamaq idi. Hansı yer tutmaq barədə düşünmürdük.

- Bu gün komandanın nəticlərini qənaətbəxş saymaq olar?

- Bu gün “Kəpəz”i, “Keşlə”ni üstələyiriksə, qənaətbəxş saymaq olar. Əsas məqsədimiz Premyer Liqada qalmaqdı.




 
Bölməyə aid digər xəbərlər
16.12.2017
“Keşlə”nin qış hazırlıq planı bəlli olub
16.12.2017
“Neftçi” legioner futbolçulardan biri ilə yollarını ayırdı
16.12.2017
“Səbail” qış fasiləsində 3 legionerlə yollarını ayıracaq
15.12.2017
Rəşad Sadıqov canlı əfsanə Totti ilə görüşdü
14.12.2017
Yunis Hüseynov:“Ona görə də bu gün uduzduq“

Şərh əlavə olunmayıb

Facebook-da
17.12
09:14
PSJ qalib gəldi
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info